Axşamüstü piyada
Sübhdən dua edirəm, ovcuma su yığanda, günəşə əl eləyib səhər evdən çıxanda, reklam lövhəsindəki gülən qıza baxanda, elə bilirəm, gələcəksən... Çək günəşi şəhərin yuxulayan gözündən, ay işığı dənizdə, su şəhərin dizindən, səni yenə görürəm göyün ay bənizində, elə bilirəm, gəlmisən... Kafedə soyuq çaxır, dilimlənmiş almalar, eyni yer, eyni masa, gəlib-gedən adamlar, hər şey eləcə köhnə, hər şey eləcə... amma... gözlədim, gəlmədin... İşığı yanan evlər, magistral, səkilər, yorulan qarışqalar evlərinə çəkilər, qulağımda mahnılar, telefonda şəkillər; ümid var - gələcəksən!