Birinin əllərindən tutarsan
“tamlaşırıq” deyərcəsinə . Ən gözəli budur, ən gözəl hiss etdirən
budur, ən gözəl dəyər budur, ən gözəl dilək budur deyərək çıxırsan
yola, bir də baxırsan ki, nə dilək qalıb, nə də o gözəl olan nələrsə.
“Tamlaşırıq” əvəzinə “yadlaşırıq” bir-birimizdən...
Bizi həmişə kiminləsə əvəz edə bilərlər. Bu, təbiidir. Təbii olmayan bunun sənə fürsət vermədən, səni anlamadan, nə qədər iztirab çəkəcəyinə əhəmiyyət vermədən edilməsidir...