Ayxan Nərimanov

Ayxan Nərimanov
@ayhan_narimanov
Bütün çiçekleri koparsanız da, baharın gelişini engelleyemezsiniz. İşte benim baharım geldi… Hiç kış olmayacak demek değil bu elbette bir daha. Belki dallarımız yine kırılacak bir fırtınada. Ama biz yeniden çiçek açacağız.
DİA
Bakı
10 Mayıs 2005
10 okur puanı
Ocak 2024 tarihinde katıldı
9/10
·128 syf.··
2024 11. kitabı
Bu kitabı uzun zamandır oxumaq istəyirdim.Onsuz da kimdən soruşsaz ya kitabı oxuyub, ya da oxuyacaqları sırasındadır. Əsərdə irqçilikdən,ayrıseçkilikdən,dostluqdan və.s bəhs olunur.Dürüst olacam kitabdan gözləntilərim çox fərqli idi, amma yenə də oxuduğum üçün peşman deyiləm.Əsərdə sanki çatdırılmaq istənilən fikirlər şifrələnib, bunun üçün məni çox düşündürdü. Kölinin arvadının insanları yolundan azdırmağa çalışan insanları təmsil etdiyini düşünürəm.Qırmızı rəngli paltarının olması isə şeytanı təmsil etdiyini göstərir.Lenni çox pis işlər görməsinə rəğmən hər dəfəsində içimizdə ona qarşı mərhəmət hissi yaranır və onu bağışlayırıq, bunu çox sorğuladım, ancaq bir nəticəyə çata bilmədim.Corc sonda onu özü öldürür, çünki əgər yaşamağa davam etsə, başına daha pis hadisələrin gələcəyini bilirdi.Əsərdə məni ən çox təsirləndirən,həmçinin kədərləndirən Corcun səbri idi.Bəzən biz öz sevdiklərimizə qarşı çox səbrsiz,çox qəddar ola bilirik və onları incidirik.Corcun səbri sözün əsl mənasında məni heyran etdi.Lenni hər dəfəsində təkrar-təkrar eyni sulları verir və Corc hər dəfəsində ona eyni sakinliklə cavab verir. Kaş biz də Corc kimi ola bilsək…
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,8bin okunma