Aysel Dünyamalıyeva

Aysel Dünyamalıyeva
@ayslleyy
Tələbə
Bakı
Azərbaycan, İmişli, 5 Nisan 2008
26 okur puanı
Ocak 2024 tarihinde katıldı
"Ən təhlükəli ruh sağlam bədəndə olan xəstə ruhlardır..."
10/10
·404 syf.··
Beğendi
·
2024 16. kitabı
Bu kitabı aldığım günü dünən kimi xatırlayıram.Əslində,kitabxanaya getmək səbəbim bədii kitab almaqdan əlavə dərs kitabı almaq idi.Tam bu dəmdə "Xəstə ruhlar" kitabına rast gəldim.Elxan Elatlının qələminə Valeh olan mən bu kitabı almadan evə necə qayıda bilərdi ki? Əvvəlla,bu kitabla rastlaşan oxucu ömründə bircə dəfə belə Elxan Elatlı oxumamış olsa belə kitabın TEAS Press nəşrinin üz qabığı və kitabın adı onu "Xəstə ruhlar"-ı oxumağa sövq edə bilər.Həmin vaxt onun ağlında bu suallar olar:"Xəstə ruh?Necə yəni?Ruhdamı xəstə olarmış?" Kitabdakı hadisələrin əsli lap keçmişə-150 il əvvələ dayanır.Nəsli-nəcabəti Səfəvi şahlarına qədər gedib çıxan Qaraxan ağanın mahalına rus pristavı tərəfindən bir erməni ailəsi köçürülür.Düz bu andan erməni xisləti təcəlli eləməyə başlayır.Erməni Karapet öz 14 yaşlı qızı Sonanı min bir yolla Qaraxan ağanın oğlu Əbdül bəyin yatağına salmağa çalışır.Erməni qızı hamilə qalır.İllərdir uşağı olmayan Cahangir ağanın qızı-Əbdül bəyin halal xanımı Şahnaz xanım da hamilə qalır.Əbdül bəyin həm erməni qızından,həm də türk qızından iki oğlu olur.Hadisələrin nə yerdə olduğunu öyrənən Qaraxan ağa erməni ailəsini mahaldan qovur,erməni qızından olan nəvəsi Cəmili isə öz yanında saxlayır.Damarında türk qanı axan atasına,babasına baxmayaraq Cəmil erməni südü əmmiş,erməni qızına "Ana" demişdi.Erməni xisləti lap onda uşaq vaxtlarından özünü göstərməyə başlayır.Atadan bir qardaşı Həmid ağa isə onun əksinə əsl türk oğlu kimi böyüyür,hələ kiçik yaşda at çapmaqda öz atalarından geri qalmır.Məşədi Cəmil Qaraxan babasının yanında böyüməyinə baxmayaraq ana babasının,anasının "Türklər bizim əzəli düşmanımızdır" sözləri ilə böyüyür və zamanla öz əslinə nifrət etməyə başlayır.Ana qohumlarını bu yurda gətirir.Bir çox hadisələrin təməli burdan başlayır.Onların törəmələri
1000Kitap
Xəstə RuhlarElhan Elatlı · Teass Press Nəşriyyatı · 2020563 okunma