İnsan qorxur. Doğulan andan ölümdən qorxmağa başlayır. Yemək gecikəndə ağlayır, yatanda qaranlıqdan qorxur, duranda soyuqdan qorxur. Böyüdükcə bu instinkt daha da mürəkkəbləşir, iki almaqdan qorxur, oğrulardan qorxur. Sevilməməkdən qorxur, oyuncaqsız qalmaqdan, döyülməkdən, söyülməkdən qorxur. Və bu hiss bizi ömrümüzün sonuna kimi rahat buraxmır.
Artıq anlamaq lazımdır ki, ölkə sistemdir. Burada qışqırmaq, ağlamaq və özünü öldürməklə görülmür işlər, burada sənədlər, ərizələr və imzalarla həll olunur hər şey. Siz bütün ölkəni dəyişmək istəyirsiniz, amma bircə rüşvətxor müəllim haqqında ərizə yazmırsınız.
Nə üçün belə passiv olduğumuzu mənə başa saldı. Doğrudan da onun sözlərindən sonra hiss elədim ki, bizim millətin özündədir passivlik. Heç kəs, heç nə eləmək istəmir. Ya da hamı cəmi bir şey eləmək istəyir. Evlənmək, ev almaq, maşın almaq. Bu qədər.
Mən hələ elə bir adam tanımamışdım ki, qırmızı diplom alıb sonra işə düzəlib sonra yavaş-yavaş maaşı artıb və bir gün bir milyon dollar maaş ala bilib. Yox. Bu mümkün deyil.