Beş anonim milyonçu

Birinci Addım

Qaraqan
Yazar:
Qaraqan
Tahmini Okuma Süresi:
7 sa. 15 dk.
Sayfa Sayısı:
256
Basım Tarihi:
Kasım 2013
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952266238
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·256 syf.··
Beğendi
·
2019 23. kitabı
·
8 günde okudu
·
Okunma: 30 Eylül 2019 19:11
Coox beyendim bu kitabi.Cox gozel ve lazimli melumatlar topladim ozumcun.Yeteri qeder ozumde qeydler apardim,ozum ucun ders aldim ve həyatdan göturulen maraqlı ehvalatlara şahid oldum. Gənc yazarın Birinci Addımına 10 puan verdim, InwAllah Ikinci ve Üçüncü Addimini da oxuyub beyenerem.
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
xaricde varlanan azerbaycan milyonculari
Puan vermedi·256 syf.··
2023 11. kitabı
·
1 saatte okudu
·
Okunma: 12 Eylül 2023 07:23
Bu kitabı psixoloq məsləhəti kimi yox, sadəcə, bir dostunuzla söhbət kimi qəbul edin.- deyir Qaraqan. Kas 15-16 yaslarimda oxuyardim bu kitabi. Hemin vaxtlar mene daha yaxsi ve pozitiv tesir ederdi. Kitab ugur qazanmaq haqdadi, duzdu kitabdaki cox movzu bilindikdi ve dovru ucun guncel idi indi oxuyanda biraz sixilirsan ama motivasiya vermekde yaxsidi. qaraqanin eserlerini sevirem, ama ele xetalar edir ki kitablari gozunden resmen dusur. parcani material kimi qeyd etmek, menfi -28 yazmaq, heddinden artiq soz sehvleri ve sair. Ola biler onun ucun esas kitabda fikirlerini catdirmaqdi, ama yazar olaraq bu sehvlere diqqet elese daha yaxsidi. Kitab azerbaycanda heckimin qohumlugu tanisligi olmadan milyoncu olanlardan danisir, ama gulmeli olan oduki, onlar hec biri Azerbaycanda milyoner olmayib. ilk milyoner bunun ucun Yaponyaya, digeri ise Qazaxstana , obirisi ise Qatara gedib. Bundan da cixis yollarini ve saire gosterib. Her kese tovsiye edirem kitabi
Edebiyat
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
Xariqüladə kitablardan
10/10
·256 syf.··
Beğendi
·
2023 24. kitabı
·
9 günde okudu
·
Okunma: 10 Temmuz 2023 09:35
İlk səfərdir ki, bir kitab haqqında incələmə yazmaq istəyirəm. Kitabdan alıntılar edib keçmək həm daha rahat, həm də daha sadə yoldur. Nəticədə yazarın düşüncələrini ötürmüş olursan deyə. Amma söhbət bu kitabdan gedirsə düşünürəm ki, kitabın məndə buraxdığı təsir haqqında danışmaqda fayda var. Əslində kitabı əlimə alanda böyük bir gözləntim yox idi, zatən adam kitabı yazanda belə bizə bəri başdan uyarır kitabda əvvəlki fikirlərimizə zidd olacaq, xoşunuza gəlməyəcək düşüncələr çoxdu deyə. Əslində bu biraz tərs psixologiyadır, fərqindəyik yəni :d. Kitab tam olaraq gündəmdəki problemlərdən "Mən niyə Azərbaycanda doğuldum" "Eh, coğrafiya qədərdir" "Bu ölkədə heçnə etmək olmur" "Haçan özümü xoşbəxt hiss edəcəm" tipli suallar, əlbəttə, bunlar və buna bənzər suallar hər birimizin həyatında mütləq ki, bir dəfə fikirləşdiyimiz suallardandı. Bu adam klassik deyil də, o qədər mükəmməl şəkildə faktlar gətirərək məsələyə fərqli baxış bucağından yanaşır ki, oxuyanda zərrəsinə qədər ayırdığım vaxtdan xoşnut olurdum. Hədsiz axıcı olması onsuz da bir neçə günə bitirməyə sövq edir kitabı. Uzatdıqca spoiler vermə ehtimalımın artacağına əminəm. İnsan istəyir ki, bu kitabı saatlarla müzakirə etsin çünki. Ən yaxşısı fikrimi OXUNULMASI ŞİDDƏTLƏ TÖVSİYƏ OLUNUR deyib sonlandırım :)
Psikoloji-İnceleme
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
Puan vermedi·256 syf.··
2022 29. kitabı
Qaraqanı bir reper olaraq çox bəyənirdim. Artıq bir yazar olaraq da bəyənirəm. Normalda bu tip kitablar mənə anlamsız və vaxt itkisi kimi gəlirdi. Amma bu kitab kifayət qədər axıcı oldu. Kitab öz yaşadığımız ölkəni daha yaxından tanımaqda, problemləri görməkdə, gördüyümüz problemlərə yanaşma şəklini dəyişdirməkdə çox yardımçı olur. Beş milyonçu ilə olan söhbətindən sonra sırf Azərbaycanda necə milyonçu olmağı, ümumən varlı olmağın xoşbəxtlik gətirə biləcək bir qüdrətə sahib olub olmadığını araşdırır və ən əsası bu dünyaya nə üçün gəldiyimizi, sıradan bir insan olaraq davam etmək istəyirikmi kimi suallara cavab tapmağımıza qisməndə olsa köməklik eləyir. Kitabı oxuyarkən bəzi maraqlı məlumatlarla qarşılaşdım ki, oda mənim üçün çox xoş oldu. Kitabı oxuduğum müddətcə həqiqətən nələrsi düşünməli olduğumu anlayır və düşünmək istəyirdim. Kitab mənə "Birinci addım"ı atmağı öyrətdi. "İkinci addım"ı atmaq üçün elə Qaraqanın "İkinci addım"kitabını da oxuyacam. Sizə də oxumağı və bircə addımdanda olsa başlamağınızı tövsiyyə edirəm.
Düşünce
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
Qaraqan . Birinci addım
Puan vermedi·256 syf.··
Beğendi
·
2020 5. kitabı
Həyatın mənası ona neca dəyər verməyinizdədir, və bu dəyərdən asılı olaraq si- zin öz qiymətiniz və öz anlamınız artır. Balkə məsələ nə pancərədə, nə gözəl mənzərədə, nə də təmiz şüşədədir, sadəcə, ona neca baxmağımızdadır? Misirdə fironun dövründə ehramın böyründəki üç eyni işi görən kölədən soruşurlar: "siz neyləyirsiz?" birinci deyir: "Eşşək kimi daş daşıyıram", ikinci deyir: "Dolanmaq üçün işləyirəm", üçüncü deyir: "Gözəl bir məbəd tikirəm!" Ən gözəl final
1000Kitap
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
2/10
··
Beğendi
Qaraqanın "A" və "mələk" əsərlərini oxumuşam, amma bu əsər ele ilk vərəqləmələrdən məni sıxdı. Elxanı musiqiçi kimi çox bəyənirəm, amma əsərlərində insanlara, həyata qarşı dahada nifrət oyatmağa çalışır sanki. Zatən parlaq olmayan həyatımızı dahada sıxdı bu əsəri. Ona görədə yarıda dayandırdım və düşünmürəm ondan oxuyum.
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
9/10
·256 syf.··
Beğendi
·
2021 5. kitabı
·
1 saatte okudu
·
Okunma: 10 Mart 2021 11:46
Uzun zamandır oxumadığım yazıçı. Darıxmışdım "qələm"-i üçün. Əsərdə insanların dəyər verdiyi şeylər və cəmiyyətin qanunları, pul və siyasət, elm və ruh, mədəniyyət və doqmalar arasındakı ziddiyyət araşdırılır. Müəllifin dilindən danışılan bu kitabda həmçinin dünyəvi dəyərlərdən bəhs edir və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini açır. Pulun yaranma tarixi, onun üzərimizdəki hakimiyyəti, onun barədə mühüm sirlər; Uğur, onun nə olduğu və qazanmaq üçün ehtiyacın olan maddələri; Xoşbəxtlik məhfhumu, onun müəyyənləşdirilməsi, məqsədə uyğun yaşam; Brend; dünyanı idarə edənlər, gözəllik; varlı-kasıb münasibəti; statistika; ictimai qınaq; sürətli dünya; utancaqlıq; müxalifət və iqtidar qütbləri; peşəkarlıq mövzuları kitabın özəyini təşkil edir. Düzdü bədiilik azdı kitabda amma hər mövzunu aydınlaşdırmaq üçün çəkilən tarixi məsəllər, həqiqi faktlar, nağıllar, əhvalatlar və Qaraqanın heç nə, sadəcə oxucu ilə dost kimi danışması kitabı çox doğmalaşdırır. Qıraqdan böyük şişirdilməyə bənzəyəcək amma məncə, hər azərbaycanlı kitab həvəskarı heç olmasa bu kitabı oxumalıdır. Çünki hərənin özünə götürməli olduğu çoxlu məqamlar var, öyrənməli olduğu həqiqətlər var və az öncə saydığım məfhumları araşdıranlar üçün ideal bir kitabdır, hətta bir "dostla söhbət" kimi də baxa bilərsiniz bu kitaba. Oxumayanlara tövsiyə edirəm
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
9/10
·256 syf.··
Beğendi
·
2020 9. kitabı
·
9 günde okudu
·
Okunma: 19 Kasım 2020 12:46
Qaraqan-"Birinci addım" "Üç addım" trilogiyasın ilk kitabı olan "birinci addım" Qaraqanın öz dilindən danışılır və romanı oxuduqca sanki yazıçı ilə söhbət edirmiş kimi bir hiss yaranır.Ən sevdiyim məqam isə Qaraqan özü haqqında yazarkən "kitablarımda seriyallara bənzər məhəbbət mövzusu yazmıram" ifadəsi idi...həqiqətən də elədir,budur Elxan Zeynallı fərqi.Əsər çox maraqlı faktlarla,milyonerlərin uğur hekayələri ilə çox axıcı və möhtəşəmdir.Bu romanda üç suala "Biz kimik?bura niyə gəlmişik ?hara gedirik? " suallarına cavab axtarılır.Azərbaycan cəmiyyətində uğur qazanmış insanların hekayələri əsərin əsasını təşkil edir.Qaraqan beş anonim milyonçunun uğur hekayələrini biz oxuculara çatdırır.Heç olmadığın biri olmaq üçün heç etmədiyin bir işi etməlisən.Roman çox gözəl həyat dərsi verir və oxucunun həyatında,düşücəsində dəyişim başlanğıcı olur.Bu əsəri oxuduqdan sonra həyatı sorğulmamaq imkansızdır.Hər birimiz Qaraqan yaradıcıllığı ilə tanış olmalı romanlarından heç olmaya "üç addım" trilogiyasını oxumalıyıq...Necə ki,mənim düşüncəmə təsir etdi Elxan Zeynallının fərqli fikirləri eləcə də sizin həyatınızda müsbət mənada dəyişim yaradacağından əminəm...
Edebiyat
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
Beş Anonim Milyonçudan başqa bir suala doğru
10/10
·256 syf.··
Beğendi
·
2024 43. kitabı
·
3 günde okudu
·
Okunma: 22 Ocak 2024 18:05
Uzun müddətdir ki, Qaraqan tərəfindən yazılmış "Üç Addım" trilogiyasını bitirməyə çalışırdım. Bir çox kitab mağazasını gəzib Birinci Addım kitabını tapmadığımdan İkinci Addım kitabından başlamış, ardınca Üçüncü Addımı oxumuş, sonra isə Birinci Addımı oxumuşdum. Əlbəttə ki, ardıcıllığın pozulması səbəbiylə bir az qarışıqlaşan trilogiyanı yenidən oxudum. Birinci Addım pul məfhumu, brend və s. mövzulardan danışır, necə pul qazanmaq olar?, Azərbaycanda pul qazanıb milyonçu olmaq olarmı? suallarına cavab verir. Kitabda 5 anonim milyonçuyla apardığı söhbətlər oxunmağa dəyər. Onların hansı vəziyyətdən hansı vəziyyətə yüksəldiyini bu dioloqlarda görürük. Kitab insanda bir addım atmağa, özünə və işinə dair nələrsə etməyə istək yaradır, hətta necə deyərlər "itələyir". Kitab çox rahat gedir, ən kiçik terminləri belə izah edən Qaraqan yuxarıda sadalanan mövzulardan əlavə başqa mövzulara da toxunmuş, maraqlı faktlardan və misallardan danışmışdır. Kitabın sonuna doğru söhbətlər və məqsəd dəyişməyə başlayır. Artıq söhbət pul və onun qazanılmasından başqa bir formaya keçir. Bu isə İkinci Addımın yaranmasına gətirib çıxarır. Xoş oxumalar. Gününüz gözəl keçsin...
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
8/10
·256 syf.··
2023 8. kitabı
·
12 günde okudu
·
Okunma: 05 Temmuz 2023 06:59
Kitab çox maraqlı idi. Bəzi fikirlərlə razı omasamda ümumilikdə bəyəndim. Axıcı bir kitabdır rahatlıqla oxuya bilərsiniz. Kitab sonundakı hekayəni çox bəyəndim :) Düşünürəm ki, "Biz kimik?", "Bura niyə gəlmişik?", "Hara gedəcəyik?" suallarına cavab tapmaq üçün ikinci və üçüncü addım kitablarını oxumaq lazımdır. ~ Xoş mütaliələr.
İnceleme
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma

Yazar Hakkında

QaraqanYazar · 9 kitap
Qaraqan (tam adı: Elxan Aqşin oğlu Elçin) - Azerbaycanlı rapçi, müzisyen, yazar, gazeteci, Azerbaycan Yazarlar Birliği üyesi, Ulusal Kitap Ödülü yarışmasının ilk birincisi. Şu anda 8 romanın yazarıdır. Elhan Zeynallı 3 Nisan 1987 yılında Bakü'de doğdu. 7 yaşında okula gitmiştir. 2005 yılında Türkiye Diyanet Vakfı Bakü Türk Lisesi'ni (TDV-BTL) bitirdi. Aynı yıl Bakü Devlet Üniversitesi'nin Gazetecilik Fakültesi'ne girmiştir. 2007 yılında oluşan H.O.S.T. grubunun solistidir. Grup üyeleri 2012 yılından itibaren solo okumaya başladılar. 2007 yılının sonlarından yazarlık faaliyetine başladı. 7 romanın ve ilginç hikayelerin yazarı. Eserlerinde adalet hissi tebliğ olunur. 2007 yılında AYB-nin en genç üyesi seçilir. 2007 yılında "A" romanı Azerbaycan'da en çok satan kitaplardan birine çevrilir. 2008 yılında bir süre Amerika'da yaşadı. 2008 yılında Azerbaycan çapında "Yılın Genci" adına layık görülüyor. 2009 yılında Cumhurbaşkanlığı bursu ile ödüllendirilir. 2009 yılında "Bir milyon Dollarım olsaydı" romanı en çok satan kitap olur. 2010 yılında askeri hizmette olur. Rus dilinde yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı Rusça konuşan kitle için tasarlanmıştır. 2011 yılında "Kısa devre" adlı solo konseri oluyor. 2011 yılında "Çocuk yardım" kampanyasında yer alıyor ve "Bir" şarkısına klip çekilir. 2012 yılında "Deniz vağzalı" nda "Beşikten Mezara" adlı konseri yapılacaktır. 2012 yılında Ankara ve İstanbul konserleri oluyor. 2012 yılında "A" romanı ABD'de basılan ilk Azerbaycanlı yazarların kitabı olur. 2012'de fantastik-dram-trajedi tarzında yazılan "Melek" romanı BDT ülkelerinde bestsellerə çevrilir. 2013 yılında "Коpоткое Зaмыкaние" adı altında Moskova konseri oluyor. 2013 сü yılında "Evakuasiya" adlı romanı ilgiyle qarşılanır. 2013 yılının Kasım ayında trilogiyanın birinci bölümü "Birinci adım Beş anonim milyoner" sunuluyor .. 2014 yılının Aralık ayının 27-sinde yazarın "Üç adım" trilogiyasının "İkinci adımı "yazıcıdan çıkıyor. Aynı gün okuyucuları ile BMM-de görüşen yazar kitabını sunuyor ve kitaptaki konularla ilgili seminer geçiyor. Görüşmede yer alan 250 kişi okuyucuya imzalı kitap verilir.