aysum axmedova

aysum axmedova
@aysmmm
Zamana həməşə pisdi, balam.
Tələbə
Baku
Shamkir, 5 Kasım 2004
34 okur puanı
Ağustos 2022 tarihinde katıldı
Heç kəs onun möcüzə olduğunu anlamır, heç kəs ondan o dünya, Allah, axirət, ulduzlar haqda öyrənmək istəmirdi. Bu təbəqənin insanları çoxdan Allahlarını vicdanları ilə bir qəbirdə basdırmışdılar.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Bu ata və oğulun arasındaki rəqabət idi. Onlar ikisidə eyni qandan idi, eyni nəsildən idi. Və onların rəqabəti bina ucaltmaq, yardım etmək, elm öyrənmək, daha mədəni və daha çox uğur qazanmış ola bilmək deyildi. Onların rəqabəti qadında, qızılda və qüdrətdə idi. Onlar çoxdan insan olduqlarını unutmuşdular. İnsan olmaq, qara xalqın hər bir üzvü ilə bərabər insan adını daşımaq onlara ayıb gəlirdi.
Bu gecə Bakıda hamı ailəsinə bir azca daha yaxın olmuşdu. Həmişə ayrı otaqlarda yaşayan ailə sakinləri ilk dəfə eyni masa arxasında axşam yeməyi yeyir, atalar uşaqların dərsləri ilə maraqlanır, qocalar xatirələrini danışır, uşaqlar isə çoxdan onları maraqlandıran sualları verirdilər. İnsanları bircə addım bir-birinə yaxınlaşdırmaq üçün dörd milyonluq şəhəri dumana bürümək lazım imiş.
Yollar sanki Bakının damarları idi, avtomobillər isə bu şəhəri yaşadan qan damlaları kimi axır, dövr edir və şəhər qidalanırdı. İndi isə bütün şəhərin yollarında tıxaclar sanki damarlardakı laxta kimi, Bakının ürəyini sıxır və qan dövranının düzəlməsi üçün qoca Bakı axsaya-axsaya mətbəxə girib soyuducudan yarım dilim limon sıxıb suyunu içirdi.
Yəqin ki, bu mənim evdən son çıxışım olacaqdı. Bəlkə də biz qan qohumu idik, amma ruhum düşmən idi onlara. Mən onların bir hissəsi deyildim artıq.