Onların haqları çatmırdı mənə bunu etməyə. Və əgər valideynlər müqəddəsliyini itirirsə, niyə onlara hörmət etməliyəm ki, Allahın təmiz varlığı, müqəddəs Mələyi pula satan valideynlərim. Əclaf valideynlərim.
Digər kameralardan yazıq adamlar Mələyə baxır və bu onların uzun illik həyatlarında – türmə həyatlarında ən təmiz və ən gözəl xatirəyə çevrilirdi. Axı uzun illər sonra onlar yeni gəlmiş dustaqlara cavanlıq illərində bir dəfə dəmir barmaqlıqların arasından Mələk gördüklərini deyəcəklər. Cavan dustaqlar da qocaların burada illər boyu dəli olub ağıllarını itirəcəklərini düşünəcəklər.
Oğlan uşaqları küçədən keçən qızlara qar yedizdirir və bununla öz sevgilərini bildirirdilər. Amma ən qəribəsidə odur ki, elə həmin qızlarda illər sonra həmin oğlanlar ilə evlənirdilər. Sadəcə həmin qızlara yox, başqa qızlara qar yedizdirən oğlanlarla. Beləcə, onlar yeni oğlanları qar yedizdirməyən oğlan bilib sevir, oğlanlar da bu qızları onlardan əvvəl heç bir oğlanın əlindən qar yemiyən qız bilib evlənirdilər.
Mən onun gözlərinin içinə baxır və onların dərinliyində bircə qram vicdan bircə qram insanlıq axtarırdım. Bütün bədənim əsəbdən əsir və nə edəcəyimi bilmirdim. Sadəcə bilmirdim. Pəncərələrdən topa-topa qar dənələrinin havada fırlandığını seyr edir və gözlərimin yaşını silirdim.