📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Yox! Əgər sabah uçacaqsa qoy onun yaddaşında möhkəm iradəli bir oğlan kimi qalım. Zəif və sevgidən ağlını itirmiş biri kimi yox. Amma sözün əsl mənasında bu baş verirdi içimdə. Ağlımı itirirdim. Onun gözəlliyi qarşısında diz çökmüş kimi idi ruhum.
Ona valideynlərimdən, böyük qardaşımdan onun ailəsindən mənim keçmiş sevgililərim və iş yerlərimdən danışır, onunla dualarımı və ilahi sonsuzluğa yönəlmiş suallarımı müzakirə edirdim. Necə gözəl həmsöhbət idi Mələk. Heç nə demədən səni dinləyir. Bəlkə də onun üstünlüyü elə bunda idi, heç nə anlamasa da, diqqətlə və təmkinlə dinləməyi bacarırdı.
Biz Park bulvara qalxdıq və dənizə açılan mənzərə qarşısında əyləşib insanların arasında süd içməyə başladıq. Mən də süd içirdim. Sadəcə, ona görə, özünü pis hiss etməsin deyə. Amma bilirdim ki, pis hiss etməyəcək, axı o insanların qınağı olmaq, utanmaq və çəkinməyin nə olduğunu bilmirdi.
Onun məsum baxışlarına fikir vermədən onu yatağıma sala bilməzdim. O mənə qarşı çıxmasa da, bunu eliyı bilməzdim. Onun gözlərində mənə qarşı sevgi, əsl sevgi olmamış bunu eliyə bilmərəm... bu fikirlərlə onu bağrıma basıb, yanağından öpdüm.