aysum axmedova

aysum axmedova
@aysmmm
Zamana həməşə pisdi, balam.
Tələbə
Baku
Shamkir, 5 Kasım 2004
34 okur puanı
Ağustos 2022 tarihinde katıldı
Doğrudan da qəribədir, kiməsə yaxşı olan şeylər başqa birisinə pis olur. Burda ilahi bir nizam var sanki.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Mənə elə gəlirdi ki, onlar, sadəcə, ikiüzlülük edir, bir-birlırinə bütün dostlar, bütün tanışlar, sadəcə, qarşılıqlı yalan danışma, süni gülüşlər və gülməli olmayan zarafatlarla, bir birlərinə təzə aldıqları telefonları və paltarları göstərməklə xoşbəxt olduqlarını düşünürlər. Amma zaman getdikcə daha çox kitab oxuyub, həyatı daha dərindən anladıqca görürdüm ki, əslində onlar doğrudan da xoşbəxtdirlər. Öz mənasız və səviyyəsiz verlişləri, musiqiləri, toyları və yasları, qızılları və mersedesləri ilə həqiqətən xoşbəxt idilər. Mən isə öz həqiqətlərim və axtarışlarımla ancaq özümü didirdim.
Onlar mənə baxır və sanki hirslənməkdən, əksinə yazıqları gəlirdi mənə. Elə baxırdılar ki, elə bil mən nəsə xəstə bir adamam. Mənə xəstəyə baxdıqları kimi baxırdılar. Bə çox peşəkar həkim kimi bilirdilər mənim xəstəliyim nədir. Onlar məndə vicdan xəstəliyi tapmışdılar. Və bu vicdan getdikcə böyüyür, xərçəng kimi mənim bütün bədənimi özünə tabe edir və axırıma çıxırdı.
Bəlkə də çox sentimental doğulmuşdum iyirmi birinci əsr üçün. Amma mənim vicdanımın öz kodeksləri, öz qanunları var idi və mən ancaq öz vicdanımın səsi ilə hərəkət edirdim həmişə. Valideynlərim azadlığımı və seçmə hüququmu əlimdən alıb mənə bahalı maşın və qohumlardan birinin qızı ilə nişanlanmağımı istəyirdilər. Mən isə azad həyat və alın təri ilə qazandığım ruzini seçdim.
Çox düşünmədən, telefonu qaldırıb, evə zəng elədim. Anama, atama çoxdan zəng eləmirdim. Axı mən böyük qardaşım kimi deyildim. Onların istədiyi oğul, onların istədiyi həyat tərzi ilə yaşayan, onların kiçik allahlar kimi cızdığı alın yazısı ilə hərəkət eliyən böyük qardaşım kimi olmamışdım mən. Onun kimi pdncəkli, qalstuklu, nişanlı, toylu və arvadı hamilə deyildim mən. Ona görə məni rahatca evdən aralamışdılar. Bizim böyük evimiz var, üçmərtəbəli həyətində iki cipli. Anam da, atam da həkim idi. Onlar artıq uzun illərdi dövlət xəstəxanalarından birini ələk-vələk etmişdilər. Və bu bütün ailənin xoşuna gəlirdi, bircə məndən başqa. Mən dözə bilmirdim, onların azərbaycanlı dar düşüncələri və adət-ənənələrinə.