Səhər yuxudan ayılıb qar yağdığını görməj dünyada ən xoşladığım şey idi. Səhər gözünü açırsan və başa düşə bilmirsən ki, hər şey həmişəkindən niyə fərqli görünür. Bu hissi sevirəm. Sonra qəfildən, necə deyərlər, jeton düşür, hər şeyi anlayırsan: ətraf çox sakitdir. Maşınların səsi gəlmir. Küçə ilə avtobuslar keçmir. Yatağından aıçrayırsan və çöldə hər tərəfin ağ örtüyə büründüyünü görürsən: səkilər, ağaclar, küçədəki maşınlar, pəncərənin kənarları... Hələ qar dərs günü yağanda və məktəbin bağlı olduğunu öyrənəndə lap qiyamət olur. Neçə yaşım olur-olsun, həmişə bunun dünyadakı ən möhtəşəm hiss olduğunu düşünəcəyəm. Mən heç vaxt qar yağanda çətir götürən böyüklərdən olmayacağam. Heç vaxt!