"Bu təlimat demək istəyir ki, bizi elədiyimiz işlərə görə xatırlayacaqlar. Bizim əməllərimiz hər şeydən vacibdir. Onlar nə dediyimizdən və ya necə göründütümüzdən daha mühümdür. Elədiklərimiz biz öləndən sonra da qalacaq. Əməllərimiz qəhraman öləndən sonra onların şərəfinə ucaldılan heykəllərə bənzəyir. Onlar misirlilərin fironları üçün tikdiyi piramidalar kimidir. Bircə fərq var. Onlar daşdan yox, insanların bizimlə bağlı xatirələrindən yaradılır. Ona görə əməllərimiz bizim heykəllərimiz kimidir. Daş əvəzinə xatirələrdən tikilmiş heykəl".
İranla müharibə məni yaman sakitləşdirmişdi. Deməli, biz rahat köçə biləcəyik. Bax Azərbaycanla olsaydı müharibə hava yolları bağlanardı, qalardıq Bakıda, kasıblar şəhid olardı, varlılar kasıb olardı. Bu qorxulu idi mənim üçün. Ola bilsin ki, vətənpərvərliyim azdır, amma tam dərinlərdə heç bir qız istəməz sənhərdə tibb bacısı olsun. Hər bir qızın arzularında ağ aylı şahzadə, uzaq sahillər və gözəl musiqi olur. Düzdü, bəzi adamlar var ki, müharibəni sevirlər, qisas almağı, döyüşməyi, güclü və mərd olmağı, mənsə sadəcə xoşbəxt olmaq istəyirəm.