Mən gülümsədim. Bu gülüşü adətən evimizə gələn uzaq qohumlarla bölüşürdüm. Onlar deyəndə ki, mən necə böyümüşəm. İndi isə tanımadığım bir kişi mənə hər şeyin yaxşı olacağını deyirdi. Mən də gülümsəyirdim...
Özünüz haqqda bir yalan uydurmağa cəhd edin. Özünüzü ideallaşdırın. Sonra çalışın ki, buna özünüzdə inanasınız. Bid neçə günlüyə özünüzü həmin yalanın içində saxlayın, yalanın canınıza hopmasını gözləyin. Mənim etdiyim kimi edin, onu əvvəlcə tanımadığınız bur adama danışın.
Ondan fərqli olaraq, mənim heç vaxt bir tanrım, tilsimli əşyam, yaxud xoşbəxt rəqəmim olmamışdı. Həyatın bu hissəsi mənim üçün boş bir sahə kimi qalırdı. Bəlkə də, bu, ateizmin dini əvəz etdiyi SSRİ zamanında doğulduğuma görə idi.
"Uğurluluq" adlanan bir təriqət var və həyatdakı bütün faciələr uğursuzluğun göstəricisi hesab edilir. Əgər uğursuz adamsansa, səndən qorxur və cüzamlı xəstədən qaçan kimi qaçırlar. Halbuki uğurlu insanlar da həmişə xoşagələn deyillər. Çox vaxt məhz onlar rəhmsiz, laqeyd və təkəbbürlü olurlar. Amma şüuraltı olaraq hamımız xoşuna uğursuzlar gəlir. Biz alçaldılmış və təhqir edilmiş insanların fonunda öz miskinliyimizi daha az hiss edirik.