aysum axmedova

aysum axmedova
@aysmmm
Zamana həməşə pisdi, balam.
Tələbə
Baku
Shamkir, 5 Kasım 2004
34 okur puanı
Ağustos 2022 tarihinde katıldı
Bilirsən, əgər öz keçmiş həyatından hansısa bir dostunla, yaxud tanışınla birlikdə çıxıb gedirsənsə, sən yenə də özün olaraq qalırsan. Amma tək, tamamilə tək gedirsənsə, keçmişlə bütün əlaqələri kəsib yeni həyata başlayırsansa, cəmi bir ildən sonra səninlə elə bir metamarfoz baş verir ki, özündə özünü tanıya bilmirsən.
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Və bir gün mən yuxudan dinsiz kimi oyandım. Ona görə yox ki, mən hansısa şəhvani duyğular arzulayırdım, yaxud hansısa buxovlardan azad olmaq istəyirdim. Yox, əksinə, mən özümü atılmış, unudulmuş, yetim qalmış kimi hiss edirdim. Allah ölmüşdü. Məndə ölmüşdüm.
Mən heç vaxt dinləri xoşlamamışam. Mən bütün dini kitabları gecə vaxtı xəlvətcə yandırmağın tərəfdarıyam. Səhər isə, part, durub görək ki, heç bir din yoxdur. Amma biz bunu etməyə macal tapmadıq, lənətə gəlmiş internetdə artıq hər şey var.
Müsəlmanlar da belə fikirləşirlər ki, öz qadın və qızlarını örtük altında saxlamaqla onların ruhunu cəhənnəm odundan xilas edirlər. Onları, sadəcə, həmin yanmaqda olan qısa həyat dəhlizindən keçirirlər. Xilas isə ölümdədir.
Biz pis yuxu görəndə, yaxud nədənsə qorxanda "bismillah" deyirik. Ölənlər üçün duanı da ərəb dilində oxuyuruq. Bizdə amerika uğur və xoşbəxtliklə, Rusiya qəzəblə, ərəb dünyası isə qorxu və dərdlə assosiasiya olunur.