əslində bir detala fikir verənə qədər qanunun tərcüməçilərini qınayırdım amma sən demə elə deyilmiş, deməli kitab yapon ədəbiyyatına məxsusdur və originalından ingilis dilinə tərcümə edilib, türklər də əsəri originalı qala qala ingilis nəşriyyatından tərcümə ediblər, okay bir iki dənə səthi səhvi ötüşdürmək olar, amma indi siz təsəvvür edin kitab əldən ələ keçdikcə o həmin səhvlər bir qalağa çevrilir, və bizimkilər də özlərini çətinə salmamaq üçün birbaşa türk nəşrini 3cü dəfə tərcümə edirlər. Türklər ingilislərin, bizimkilər də türklərin səhvlərini ört-basdır edir və bu döngü beləcə davam edir, ortada original məna itir, sonda da bizim tərcüməçilərin qabağına minib çapılmış tərcümə qoyulur ki onu yenidən bizim dilə tərcümə etsinlər 🤠🤠🤠