Aman bu qədim arvadların əlindən. İzdivacın əsl mənasını dərk etmirlər. Arvadı zəncir kimi kişinin əl-ayağını bağlamaq üçün alırlar. İzdivacın mənası, əslində, birgə hərəkət etmək, bir-birini anlamaq, bərabər hüquqa malik olmaqdı.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bilirsən niyə istəmirdim ki, evlənəm?
- Yox, niyə?
- Çünki ailəli adamın həyatı özünün deyil. Əl-ayağı bağlıdı. İdeallarını fikirləşə bilmir. Onların arxasınca gedə bilmir. Bir nəfər deyir ki, kişi arvad alanda dayanır. Uşaq dünyaya gələndə diz çökür. İkinci uşaq doğulanda səcdəyə gedir. Əlbəttə, adama xoş gəlir. Səhər yeməyim hazır olur, evim təmiz olur, bir adam paltarlarımı yuyur. Amma bunların hamısı insanın özünü çox sevməyini və kişi hakimiyyətini göstərir. Mən inanıram ki, qadına gərək bu cür baxmayasan. Mənim fikrimcə, qadınlar ən çox zorakılığa məruz qalan insanlardırlar. Həmişə bir vasitə kimi istifadə olunublar. Və hələ də olunurlar.
Uşaqlıqdan mənim üçün alınıb yığılan cehizin ortasında dayanmışdım. Mətbəx əşyaları, yataq otağının avadanlığı - mənim həyatımın bütün hədəfləri bu əşyalarda görünürdü. Bu əşyalar sübut edirdi ki, məndən tələb olunan şey - ərimə mətbəxdə və yataq otağında xidmət etməkdir. Bu, çətin bir vəzifə idi...