İbrahim

İbrahim
@az1918turan
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq.
Qadını təhsil görməyən cəmiyyət heç bir uğur qazana bilməz. Heç nə əldə eləyə bilməz.
Reklam
Nana bir dəfə demişdi ki, hər bir qar dənəciyi dünyada dərd çəkən bir qadının ahıdır. Bu ahlar göyə qalxıb buluda çevrilir, sonra da beləcə xırda zərrələrə bölünüb yer üzünə qayıdır. “Bizim kimi qadınların çəkdikləri əzabı xatırlatmaq üçün qayıdır,” - Nana deyirdi. “Bax, beləcə, başımıza yağan hər şeyi beləcə səbirlə, dözümlə qarşılayırıq”.

Reader Follow Recommendations

See All
Doğrudanmı, ilk qarın yağması belə sevinc gətirir? Bəs sonra? Yeni fəslin bu təravəti, bu təmizlik, bu paklıq ona görə yağır ki, sonradan ayaqlansın, palçığa, çirkaba bulaşsın, öz ilk füsunkarlığını itirsin?
Həmişəlik yadında saxla, qızım, şimal səmti göstərən kompasın əqrəbi kimi, kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır. Hər şeydə. Heç vaxt yaddan çıxarma.
Reklam
Sən çox cavansan. Mən sənin yaşında olanda atamla da üzbəüz mübahisə edə bilmirdim. Tədricən böyüdüm, möhkəm etiqadlar tapdım. Elə etiqadlar ki, kökü elmdən, mütaliədən, fikirdən başlayır. Amma qoy bir şeyi etiraf edim. Bu aydın fikirlilərin sözlərinə çox əhəmiyyət vermirdim - onların da ürəklərində inanclar var. Çətin anlannda istəməyərək Allaha pənah aparırlar.
Biz özümüz mübahisə eləyəndə elə sərt sözlər işlədirik ki, başqalarını da özümüz kimi bilirik, kimisə incidə biləcəyimizi düşünmürük.
- Bəh-bəh, hələ də namaz qılan adam var? Çox sevindim. Xanım, siz cəddinizin etiqadını qoruyursunuz? Niyə namaz qıldığınızı deyə bilərsiniz? İncidim, əl-ayağım bir-birinə dolaşdı. Dedim: - Əlbəttə, müsəlmanam, hər müsəlman da namaz qılmalıdır. Bu, hər müsəlmanın borcudur. - Bu öhdəliyi sizin üstünüzə kim qoyub? - Təkcə mənim yox, bu borc
Mübarizə aparmalıyıq. Hər kəsin borcudur bu zülmün qarşısını almaq. Hər azad insan ədalətsizliklə mübarizə aparmalıdır. Ta bu sistem yıxılana qədər. Bu tarixin haqq- hesabıdır. Dünyanın bütün sitəmini çəkmiş insanlarla birlik olub, bu ədalətsizlikləri aradan qaldıracaqlar. Biz gərək bu qiyamdan kənarda qalmayaq.
Hökumət sistemləri yazıq milləti istismar etməklə, öz qüdrət və sərmayələrini çoxaltmaqla onların zəhmətlərinin mənfəətini öz ciblərinə doldurur. Bu ədalətsizliyin ucbatından xalqlar əziyyət çəkir.
Reklam
Bizim həyatımız müharibəsiz, davasız, əziyyətsiz, nəhayət - həyəcansız keçirdi.
Onun həyatı görünməyən dostlarından ibarət idi. Həmin ortamın necə olması barədə heç bir təsəvvürüm yox idi. Bilmirdim, dostları kimdirlər, necə fikirləşirlər, haradandılar. Bu qədər fəxr etdiyi idealları nədən ibarətdir. Ancaq bunu bilirdim ki, Həmidin üstündə onların təsiri məndən, ailəsindən yüz dəfə çoxdur.
Çalış savadsız və köhnə arvadların ədalarından əl çək. Məni də eşq-məhəbbət zənciri ilə bağlayacağını düşünmə.
İzdivacın əsl mənasını dərk etmirlər. Arvadı zəncir kimi kişinin əl-ayağını bağlamaq üçün alırlar. İzdivacın mənası, əslində, birgə hərəkət etmək, bir-birini anlamaq, bərabər hüquqa malik olmaqdır.
Qızım, bax ta qədimdən deyiblər, pişiyi məscid qapısında öldürərlər. İndidən qabağında möhkəm dayan. Dava eləməklə yox, xoş rəftarla. Sən xanımsan axı. İşvəylə, nazla, xahişlə - xülasə, qoyma gecələr evə gec gəlsin. Səhərlər də işə vaxtında göndər. Gərək dostlarının ayağını onun evindən kəsəsən. İnşallah, tez də uşağın olsun, özü də bir-birinin ardınca. İki-üç uşağın olsa, onun daha belə şeylərə vaxtı qalmaz. Görüm sənin bacarığını!
243 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.