İbrahim

İbrahim
@az1918turan
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq.
Hökumət sistemləri yazıq milləti istismar etməklə, öz qüdrət və sərmayələrini çoxaltmaqla onların zəhmətlərinin mənfəətini öz ciblərinə doldurur. Bu ədalətsizliyin ucbatından xalqlar əziyyət çəkir.
Reklam
Bizim həyatımız müharibəsiz, davasız, əziyyətsiz, nəhayət - həyəcansız keçirdi.
Onun həyatı görünməyən dostlarından ibarət idi. Həmin ortamın necə olması barədə heç bir təsəvvürüm yox idi. Bilmirdim, dostları kimdirlər, necə fikirləşirlər, haradandılar. Bu qədər fəxr etdiyi idealları nədən ibarətdir. Ancaq bunu bilirdim ki, Həmidin üstündə onların təsiri məndən, ailəsindən yüz dəfə çoxdur.

Reader Follow Recommendations

See All
Çalış savadsız və köhnə arvadların ədalarından əl çək. Məni də eşq-məhəbbət zənciri ilə bağlayacağını düşünmə.
İzdivacın əsl mənasını dərk etmirlər. Arvadı zəncir kimi kişinin əl-ayağını bağlamaq üçün alırlar. İzdivacın mənası, əslində, birgə hərəkət etmək, bir-birini anlamaq, bərabər hüquqa malik olmaqdır.
Reklam
Qızım, bax ta qədimdən deyiblər, pişiyi məscid qapısında öldürərlər. İndidən qabağında möhkəm dayan. Dava eləməklə yox, xoş rəftarla. Sən xanımsan axı. İşvəylə, nazla, xahişlə - xülasə, qoyma gecələr evə gec gəlsin. Səhərlər də işə vaxtında göndər. Gərək dostlarının ayağını onun evindən kəsəsən. İnşallah, tez də uşağın olsun, özü də bir-birinin ardınca. İki-üç uşağın olsa, onun daha belə şeylərə vaxtı qalmaz. Görüm sənin bacarığını!
Bir nəfər deyir ki, kişi arvad alanda dayanır. Uşaq dünyaya gələndə diz çökür. İkinci uşaq doğulanda səcdəyə gedir. Əlbəttə, adama xoş gəlir. Səhər yeməyim hazır olur, evim təmiz olur, bir adam paltarlarımı yuyur. Amma bunlann hamısı insanın özünü çox sevməyini və kişi hakimiyyətini göstərir. Mən inanıram ki, qadına gərək bu cür baxmayasan. Mənim fikrimcə, qadınlar ən çox zorakılığa məruz qalan insanlardırlar. Həmişə bir vasitə kimi istifadə olunublar. Və hələ də olunurlar.
Zorakılıq həmişə kötək, dava, işgəncəylə olmur. Bəzi vaxtlar da eşq, məhəbbətin köməyi ilə zorakılıq eləmək olur. Adamın əl-ayağını bağlayırlar.
Əgər insanlar zorakılığa özləri təslim olmasalar, dünyada bu qədər zorakılıq olmaz. İnsanların məzlumluğudur zülmü belə möhkəmləndirən.
Başqaları bir neçə kəlmə oxuyub (dua) və mənə zorla “bəli” (evlilik) dedirdiblər.
Reklam
Bu evdə təkcə bu qrammofon və kitablar mənə maraqlı gəlirdi. Öz-özümə: - Kaş məni bunlarla tək qoyalar, - dedim.
Mətbəx əşyaları, yataq otağının avadanlığı - mənim həyatımın bütün hədəfləri bu əşyalarda görünürdü. Bu əşyalar sübut edirdi ki, məndən tələb olunan şey - ərimə mətbəxdə və yataq otağında xidmət etməkdir.
“Allahın istəyi bu idi” dedilər. “Onun istəyi qarşısında heç nə etmək olmaz. Onun rizasına razıyıq. Təqdiri-ilahidir. Naşükürlük etməyin. Allah sizi sınağa çəkir. Allahın yaxşı bəndəsi odur ki, imtahandan başıuca çıxa. Özü verib, özü də alır. Siz vəsiləsiniz, tələbkar deyilsiniz”.
Allah, bu nə ənənədir?! Dünyanın o biri ucuna getməyə hazır olduğum bir kişi ilə iki kəlmə danışdığım üçün məni öldürmək istəyirdilər.
Bilmirdim nə edim. Ürəyim döyünürdü. Yemək yeyə bilmirdim, yata bilmirdim, yatanda da ancaq kabus görürdüm. Duranda çox yorğun olurdum. Ölümə məhkum olunmuşlar kimi hər saniyə ölümümün yaxınlaşmağını hiss edirdim.
319 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.