Azər

244 syf.
10/10 puan verdi
·
Read in 21 days
Spoiler
Maraqla, hər bir cümləsini ehtiyyatla oxuduğum kitablardan biri oldu ki, bu cür həvəslə oxuduğum kitab sayı azdır. Doğrusu nə vaxtsa adını eşitdiyim üçün "yəqin yaxşı olarda" deyib kitabxanadan təsadüfən seçdiyim bir kitab idi və məğzindən xəbərdar deyildim. Əsərə marağımı oyadan ən önəmli personaj Bazarov oldu. Onun nihilist olması mənim üçün gözlənilməz idi və bu xırdaca məqam kitabdan gözləntimi birə beş artırdı. "Turgenev, bura kimi yaxşı gətirmisən, xahiş edirəm axırın zay eləmə" deyirdim istəmsizcə. Sağolsun o da məni məyus etmədi və sonluğu da bəyəndim. Ümumiyyətlə, bir çox məqamı ilə həyəcanlandıran kitab idi. İstər Bazarovun Feniçka ilə gizli münasibəti, istər Pavel Petroviç ilə duelləri, çox şey ürəyin istəyən idi. Əslində bütün bu hadisələrə maraq qatan Bazarovun özü idi. Nihilistlər ilə liberalların qarşıdurması da çox gözəl əks olunmuşdu. Hamının qarşısında aciz olduğu, söz çatdıra bilmədiyi nihilist Bazarov tək bir qüvvənin qarşısında aciz qaldı, onu inkar edə bilmədi: Sevgini. Bir daha sevginin insanın ən gücsüz, ən zəif tərəfi olduğunu xatırlatdı Turgenev. Nihilist olsanız belə.
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201645.2k okunma
Reklam
104 syf.
8/10 puan verdi
·
Read in 4 days
Ayıq başla oxumayın
Olsa şərab, mütrüb, bir gözəl canan, Bir axar su olsa, bir də gülüstan. Bu əsl cənnətdir, cəhənnəm sözü, Boş sözdür, inanma ona heç zaman. Fikrimcə bu rübai Ömər Xəyyam haqqında çox söz deyir. Az dostu olan, insanlarla işi olmayan, təbiəti, şərabı, gözəlləri, gözəlliyi sevən bir insan olub Ömər. Hər nə qədər öz rübailərində meydən çox söz açsa da, israrla "mən içirəm, sən də iç" desə də, əyyaş olmayıb. Əgər kiməsə bir yanlışım olmayıbsa, mən o dünyada qıldan körpüdən sərxoş ikən gözü yumulu da keçərəm zehnində olub. Rübailərinin bir çoxunu bəyəndim, təkrar-təkrar oxuyub feyziyab olmaq olar. Sadəcə, mey barədə çox yazdığını düşünürəm, bir vaxtdan sonra təkrarçılıq kimi olur.
Rübailər
RübailərÖmer Hayyam · Lider Nəşriyyat · 200422.7k okunma
141 syf.
8/10 puan verdi
·
Read in 51 days
Öncəliklə deməliyəm ki, kitabın ad seçimi çox uğurludur və elə mən də kitabı məhz adına görə oxudum, yazıçını daha əvvəl tanımırdım. Yazıçının dilini çox bəyəndim, kitab axarlıdır. Əvvəl yavaş tempdə ilərləsə də sonlara doğru işlər qızışır. Bildirmək istəyirəm ki, kitabın özünə məxsus doğmalığı var. İstər baş qəhrəmanımız, istər Cengiz, istərsə də 41 barı, bir sözlə əsər obrazlarından məkanlarına kimi oxuduqca çox doğmalaşır. Dedektiv janrında əsərləri oxumağı çox sevməsəm də bu əsəri bəyəndim və davam kitabını da oxuyacağam.
Beş Parasızdım ve Kadın Çok Güzeldi
Beş Parasızdım ve Kadın Çok GüzeldiDerviş Şentekin · Kırmızı Kedi Yayınevi · 2018459 okunma

Reader Follow Recommendations

See All
256 syf.
8/10 puan verdi
·
Read in 7 days
Birinci addım Qaraqanın qələmindən oxuduğum ilk kitab oldu. Əsərin bəzi yerində şişirtmələr olduğunu düşünsəm də, ümumilikdə bəyəndim. Çox axıcı idi, bir çırpıda oxuyub bitirmək olar.
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013946 okunma
88 syf.
10/10 puan verdi
·
Read in 7 days
Dostoyevski fərqi
10 xal azdır belə. Xüsusilə, "Həzrət İsanın Milad yolkasındakı oğlan" əsərini çox bəyəndim. Dostoyevski məndə bu kiçik əsərilə sözlərlə təsvir etməkdə aciz olduğum təəssüratlar oyatdı.
Gülünc Adamın Yuxusu
Gülünc Adamın YuxusuFyodor Dostoyevski · Parlaq İmzalar Nəşriyyatı · 20201,503 okunma
Reklam
Reklam