Kitabsevər hüquqçu

Kitabsevər hüquqçu
@bahariiyye
Gələcək vəkiliniz Gəzir, oxuyur, söhbət edirik Gəlin, sizinlə kitabxanamı quraq
Hukuk
ADA University
Baku
Baku,Azerbaijan, 1 Ocak 2012
6 okur puanı
Temmuz 2023 tarihinde katıldı
96 syf.
·
Puan vermedi
·
18 saatte okudu
Cəfər Cabbarlı - Sevil
Sevil
Sevil
Cafer Cabbarlı
Cafer Cabbarlı
Azərbaycan ədəbiyyatının şedevrlarından biri-Sevil "Qadının qəti azadlığı üçün yalnız çadrasını açması bəs deyildir. Halbuki Avropada qadınlar çadrasız ikən azad deyildirlər. Qadına ən başlıca iqtisadi azadlıq lazımdır" yazılmışdır Sevilin kitabında. Öz gənclik illərini Balaşa fəda etmiş Sevil axırda Balaş tərəfindən
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020345 okunma
Reklam
188 syf.
6/10 puan verdi
·
22 günde okudu
Simyacı
Paulo Coelho
Paulo Coelho
Simyacı
Simyacı
Kimyagər
Kimyagər
Hər kəsin tərifləyə tərifləyə doymadığı o kitab Simyacı yəni Kimyagəri bu dəfə də mənimlə təhlil edək. Bu kitab həqiqətən oxumağa dəyər bir kitabdırmı? Ümumi düşünsək bu suala "hə" cavabı verərəm. Hətta demək olar ki, kitabın hər səhifəsində bəyənib özüm üçün işarələdiyim sətirlər oldu. Amma soruşsanız ki, bu kitab mənim 10/10-lar sırama daxil ola bildimi? -Təəssüf ki, yox. Çünki, nəsihətnamə məqsədli yazılmış bu kitabın sadəcə bir sujet xətti üzrə verilməsi sanki biraz yordu məni. Amma, şəxsiinkişaf kitabları oxuya bilmirsinizsə və bir kitab olsun ki, təhkiyə ilə sizə yol göstərsin istəyirsinizsə, bu kitab sizin üçün yaxşı bir seçim ola bilər
Simyacı
SimyacıPaulo Coelho · Can Yayınları · 2023209,1bin okunma
376 syf.
6/10 puan verdi
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə Yoxdur
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Bu kitabın adını uzun zamandır eşidirdim və indi oxumaq nəsib oldu. Bəlkə də ötən yaş dövrlərimdə oxusa idim, mənə çox oxucuda buraxdığı təsiri buraxmış olardı.Amma tam tamına sevəcəyim bir kitab olmadı.Açığı desək, kitabın bəyəndiyim və bəyənmədiyim yanları var idi. Bəyənmədiyim yanı bu kitab mənə yeni bir şey qatmadı. İdeyalar bizim ailələrin bizə ötürdüyü öyrətdiyi məsləhətlərlə üst-üstə düşürdü. Sanki kitabı oxuyanda ailəmin dediyi sözlərlə qarşılaşırdım. Eyni zamanda, kitabın orta hissəsində dinlə bağlı fikir ardıcıllığı o qədər çoxdur ki, bəzi oxucularda məhz bu hissələrdə kitabı yarımçıq qoyublar. Bəyəndiyim tərəfi isə, yazıçı pozitiv düşüncəyə sahib olmaq, ailə bağlarını qorumaq, Allahdan ümidi kəsilməmək kimi vacib məqamlara toxunur. Süjet xəttinin sonlarında hadisələr elə cərəyan edir ki, həyatdan ümidini kəsmiş oxucunun belə gözləri açılır. Düzdür,kitab yazmaq hər insanın işi deyil, amma fikrimcə, bu biraz daha inkişaf etdirilməlidir ki, kitab oxucunu təəccübləndirsin.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,718 okunma

Okur Takip Önerileri

Tümünü Gör
448 syf.
10/10 puan verdi
Çərpələng Uçuran
Çərpələng Uçuran
Khaled Hosseini
Khaled Hosseini
"Səndən ötrü min yol..." Bu kitab vasitəsi ilə həyatın bir növ bumeranq olduğunu xatırlayırıq. Bəzən hətta uşaq ikən etdiyimiz səhvlərin üzərindən illər keçsə belə biz onları unutmuruq, davamlı şəkildə vicdan əzabı çəkirik.Zaman keçir, bəzən bu səhvləri öz qəlbimizdən silmək üçün Allah bizə yol göstərir, şans verir. Amma bu şansı əldə etmək üçün keçmişimizdə qarşımızdakı insana verdiyimiz əziyyət qədər bəlkə də daha çox əziyyət çəkirik. Buna məhz bu kitabda ki Əmirin Söhrabı dilə tutması və uzun müddət sonra onun heç bir məna ifadə etməyən üzündə bir gülüşü görməsini nümunə göstərə bilərik. Eyni zamanda kitab bizə ədalətsiz və yalançı dünyada hələdə bir yerlərdə bəzi insanların qəlbində qarşılıqsız olsa belə sevginin olduğunu göstərir. Kitab axıcı dildə , insanlara həyat dərsi vermək üçün yazılmışdır. Hadisələrin sürətlə inkişafı və sonlara yaxın baş qəhrəmanın bəzi gerçəklərlə üzləşməsi kitabı daha yadda qalan edir.
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011166,2bin okunma