Bu qədər soyuqqanlılıqla yazılmış və psixoloji cəhətdən sözün əsl mənasında ağır bir kitab daha əvvəl oxudum desəm yalan olardı. Necə bir qurğu?!Necə bir qələm?!Necə bir düşüncə tərzi?! deyə-deyə kitab boyunca yazarını sorğuladım durdum.
Lucas və Claus. Daha uşaqkən yolları ayrı düşmüş və bunun niyə olduğuna dair kitabın sonuna gəldikdə belə tutarsızlıq yaşayacağınız (çünki birinci cildlə son cilddə hadisə əlaqəsizliyi baxımından,xəyalla gerçəkliyi tam aydınlaşdırmaq olmur),ömürlərini bir-birini axtaran və bu axtarışla bərabər kimi zaman bir,birlərini gah şeirlərində,gah da adlarında yaşadan iki əkiz qardaş...
Əsər ümumilikdə 3 ayrı cilddə yazılmış tək kitabdan ibarətdir. Bəzən bu cildlər arasında bağlılıq qırılır. Nəyin hansı hadisənin davamı olduğunu tam anlaya bilmirsən. Oxuduqca yarım qoymaq istədiyim bir çox nüanslar olduğu halda,1-ci cildi bitirdikdən sonra digər səhifələrin davamı mütləq gəlir.
Hadisələr tez,asanlıqla,duyğusuzca baş verir. Kimə haqq verəcəyini bilmirsən. Hər kəs biraz günahkardır,eyniylə günahsız da. İkili qurulan münasibətlər isə uyğunsuz,diksindirici tərzlə yazılıb. Və bütün bunlara baxmayaraq mənasız uzunçuluğa yer verilməyən,372 səhifə boyunca hadisələr arasında itəcəyiniz,tam anlamıyla oxumağa dəyəcək bir roman.