Bir zamanlar mən quşların uçuşu ilə xoşbəxtlik əlamətləri axtarırdım; onda siz mənim yoluma mənfur bir şey buraxdınız – bayquşu. Ah, hara getdi mənim o zərif istəklərim?!
Mən sizi bu gün mənimçün artıq ölmüşlər kimi xatırlayıram.
Sizdən, ey mənim əziz ölülərim, qəlbimi göz yaşları ilə yüngülləşdirən dadlı rayihələr gəlir. Həqiqətən də, onlar bu tənha üzgüçünün qəlbini titrədib yüngülləşdirir.