Deməli, bu platformanı artıq 4ilə yaxındır ki, istifadə edirəm. Bəzən çox sıx-sıx girib alıntılar əlavə edərdim, şəkillər paylaşardım, nə isə bir şey yazardım. Bir müddət çox alıntı ata bilmədim, biraz uzaqlaşdım kitablardan. İndi isə həyatımın elə mərhələsindəyəm ki, başa düşmüşəm ki, artıq heç bir şey öz prioritetlərimdən, hobilərimdən önəmli deyil. İstər ən dibə batım yenə də kitab oxumaqdan, fikirlərimi kağıza köçürməkdən vazkeçməyəcəm. Bu platform(1000 kitap) gələcək həyatım üçün, gələcək yaşlarım üçün, bəlkə də övladlarım üçün kiçik mirasdır. Çünki bura gənclik illərimi sərf etdiyim bir-birindən maraqlı, düşündürücü, faydalı kitablar oxuduğum mənə xas bir mühitdir.