Sadəcə, bəxtin verdiyi qabiliyyətlər ölçüsündə sahib olduğumuz həyat bizi əsl həyata bağlayır. Marksın bizə tanıtdığı həyat: insanların məqsədləri üçün göstərdiyi fəaliyyət...
Yaxşılıq pislikdən başqa nədən doğacaq ki? İnsan öz 'mən'ini keçmişinin arxada qalmış xarabalıqlarından başqa yerdə qura bilməz. Hansısa bir təzə nəsnənin yaradılması yalnız və yalnız köhnəni dağıtmaqla mümkündür.
Ətrafdakı külli-âləm gözlənilmədən atom bombası atılmış bir şəhəri xatırladırdı. Hər şey yerlə-yeksan olmuş, ortada nə vardısa, hamısı külə dönmüşdü: bütün gələcək, bütün prinsiplər, bütün inam, bütün xeyirxah planlar...Amma o, yer üzündə sonuncu adam olaraq sağ-salamat qalmış və beləcə, ana təbiətin bu gözəl nemətini-həyatı əlində saxlaya bilmişdi.