Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahü fəğandır, məni yandırma amandır, gözümün əșki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışib dərd bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfrşiyəmlər necə cürətlə rəqəmlər yazıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on- on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət...aman, ey vah! Ay Allah! Bu qövm oldu nə gümrah!