Nar çiçəyim…
Puan vermedi·192 syf.··
Beğendi
·
2025 36. kitabı
·
16 saatte okudu
·
Okunma: 15 Mayıs 2025 23:14
Daha inanmaram ki, bir də nə vaxtsa nar çiçəklərinin yanından Salam Qədirzadənin “Ulduzlar sayrışanda” əsərini xatırlamamış keçəm. Onun indiyə qədər oxuduğum hər əsəri belədir; çox sadə bir dildə, sadə əhvalatların danışıldığı, amma insana o qədər yaxın və könül oxşayan bir tərzdə yazılması. Bu əsərləri oxuduqda özümü köhnə Azərbaycan filmləri izləyirmiş kimi hiss edirəm. Sanki hansısa bir rəfiqəmin, tanışımın, bir qonşumun, hətta lap elə özümün başıma gəlmiş bir əhvalatı başqa bir ağızdan eşidirəmmiş kimi…
Ulduzlar SayrışandaSalam Qadirzade · Xan Yayınevi · 20247 okunma
7/10
·224 syf.··
2024 15. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Nisan 2024 23:29
Entoni Flyu sizə möcüzələr təqdim etməyəcək və yaxud da tezimlə ateizmi qarşılaşdırmayacaq. Oxuyan kəslər böyük ehtimal arqumentlərin savaşmasını gözləyir. Lakin demək olar ki, Flyu sadəcə olaraq başlanğıcdan ateizmə, ateizmdən teizmə gedən yolun necə keçdiyini, qismən də olsa, inkişaf etdiyini danışır. Gözləntilərin altında bir kitab olsa da, tərkibindəki fəlsəfəyə, fəlsəfi məlumatlara görə oxumağa dəyərdi. Oxuyun. Hələlik, çiçəyim...
Yanılmışam, Tanrı VarmışAntony Flew · Qədim Qala Nəşriyyat · 2023684 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·112 syf.··
2023 42. kitabı
"Kəpənək effekti". Hər şey Mityanın "Axı bu pis işdir?!" deməsi ilə başlayır. O pis işi görürlər. Beləcə kəpənək qanad çalmış olur. Düzəltdikləri saxta kupon dönür dolaşır, onlarla insanın ölümünə, bədbəxtliyinə və s. səbəb olur. Yəni kəpənəyin çaldığı qanadın havası gedir-gedir və bir yerlərdə fırtınaya dönür. Tolstoy qələmidir, buna görə də mütləq oxuyun. Hələlik, çiçəyim...
Saxta KuponLev Tolstoy · Parlaq İmzalar · 202226 okunma