64 syf.
6/10 puan verdi
·
Liked
Əsərin fantasmaqor mövzusu hər oxucunun diqqətini çəkməyə bilər. Povest süjet xətti ilə ilk baxışda gülməli görünsə də, oxuyub əsər üzərində düşündükdən sonra yazıçının bu cür qəribə yanaşması ilə əslində cəmiyyətdə insanın mövqeyi və onun statusundan necə asılı vəziyyətə düşməsinə diqqət çəkdiyini görmək mümkündür. Qoqol maraqlı bir yanaşma ilə o zamankı cəmiyyətdə Kovalyovun burunsuz olaraq keçirdiyi psixoloji hallarını, yuxarı cəmiyyət əhatəsində üzüntüsünü gözəl təsvir edib. Eyni zamanda yazıçının yüksək müşahidə qabiliyyəti ilə hadisələri ard-arda düzməsi və belə bir mövzunu xüsusi ironiya, yumorla yazması da əsərə rəng qatıb. Heç təəccüblənmədim ki, Qoqol kimi həm ağıllı, həm də hadisələri satirik dillə çatdıra bilən bir yazıçı povestin sonunda öz müəllifliyinə də ironiyalı yanaşıb. Əsərin sonunda bu hissəyə diqqət yetirin: "Deyək ki, bunları başa düşdük, ancaq necə olur ki, burun bişmiş bir çörəyin içindən çıxır? Sonra necə olur ki, İvan Yakovleviç?... Nə isə bunları boş verin, bu işin məntiqli izahı yoxdur. Fəqət məni ən çox təəccübləndirən və başa düşmədiyim şey yazıçıların bu cür mövzuları götürüb yazmağa çalışmalarıdır. İnanın, bu izah ediləcək bir şey deyil. Bax, bu məsələni bir şəkildə anlaya bilmirəm. Həm belə bir mövzunun nə ölkəyə, nə də hər hansı bir insana heç bir faydası yoxdur; sonra... Nə olduğunu bir şəkildə anlaya bilmirəm..."
Burun
BurunNikolay Gogol · Tutku Yayınevi · 20175.3k okunma
208 syf.
10/10 puan verdi
·
Read in 8 days
"Ruh, İnsan, Sanat, Edebiyat" kitabı qismən bioqrafik kitabdır. Qismən dedim, çünki insanların həyatından çox onların elm və sənətə verdiyi töhfələrdən və bunlara Yunqun şəxsi münasibət və düşüncələrindən ibarətdir. Kitabda olan mündəricat belədir: Parasels Həkim Parasels Tarixi bağlantı içində Sigmund Freyd Sigmund Freydin
Ruh
RuhCarl Gustav Jung · Pinhan Yayıncılık · 2021235 okunma
Reklam
288 syf.
8/10 puan verdi
Keçən il kanadalı rejissor Deni Vilnev tərəfindən ekranlaşdırılmış "Gəliş" (Arrival) filmini izləmişdim. Filmdən sonra həmişəki marağımla haqqında bir neçə incələmələr etmişdim. Araşdırma sayəsində öyrəndim ki, filmdə uydurulmuş, qeyri-adi, vizual dilin çatdırılması məsələsində rejissor Deni Vilnev çətinlik yaşamış və bu məsələni həll
Geliş
GelişTed Chiang · Monokl Yayınları · 2017287 okunma
Qeyd: “Mari Roje” ilk dəfə qeydlərsiz çap olunub, çünki onda buna gərək yox idi. Hərçənd, bu hekayənin əsasını təşkil edən faciənin üstündən illər keçib, ona görə də qeydlərə və məsələnin məğzini izah edən girişə ehtiyac duyulur. Nyu-York ətrafında Mari Sesiliya Rocers adlı gənc qız öldürülmüşdü, qətlin səs-küy yaratmasına və uzun müddət ictimaiyyətin diqqət mərkəzində qalmasına baxmayaraq, əsil hekayəsinin yazılması və çap olunmasına qədər (1842, noyabr) heç kim hadisənin sirrini aça bilməmişdi. Müəllif bu gözəl fransız qızının taleyini təsvir edəndə məlum olan cüzi detallarla paralellər apararaq əslində Mari Rocersin qətlinin təfərrüatlarını tamamilə dəqiq göstərmişdi. “Mari Rojenin sirri” bu dəhşətli qətlin törədildiyi yerdən çox-çox uzaqlarda yazılmışdı və hadisəni araşdıran müəllif yalnız qəzetlərdəki məlumatlara istinad edə bilərdi. Nəticədə çoxusu ondan üz döndərdi ki, əgər hadisə yerində şəxsən olmayıbsa, bu halda bəzi nüansları necə belə dəqiq təsvir edə bilib. O cümlədən, hekayənin nəşrindən uzun müddət keçəndən sonra iki şəxsin (onlardan biri əsərdə madam Dülük olaraq verilib) bir-birindən xəbərsiz etdiyi etiraflar nəinki ümumi nəticəni, eləcə də bunu yaradan bütün əsas fərziyyələrin tamamilə dəqiq olduğunu təsdiqləyirdi.
Sayfa 1 - Hədəf nəşrləriKitabı okudu
590 syf.
·
Not rated
·
Read in 9 days
"Hz.Məhəmməd üçün bülbülün qırx mahnısı" Türkiyədə divan ədəbiyyatını sevdirən usta yazıçı İskender Paladan oxuduğum ikinci kitab oldu. Yunus Əmrə haqqında olan "Od" romanıyla bağlı araşdırmaları oxuduğumda yazıçının özünün ən çox sevdiyi əsərinin "Bülbülün qırx mahnısı" kitabı olması diqqətimi çəkmişdi. Odur ki,
Bülbülün Kırk Şarkısı
Bülbülün Kırk Şarkısıİskender Pala · Kapı Yayınları · 202010.5k okunma
196 syf.
·
Not rated
·
Read in 7 days
“Bir yerde kötülük varsa,oradaki herkes biraz suçludur” İlin son həftəsinin son kitabi “Son ada”. Və son bir ayda oxuduğum 3-cü kitabidir Livanelinin Bir kitabi oxuyub sevdimsə,yazarin dilini,qələmini,hekayənin axiciliğini bəyəndimsə həmən yazarin bütün kitablarini oxuyub bitirmək istəyirəm Bundan öncə “Kardeşimin hikayesi”-ni,”Huzursuzluk”-u oxumuşam,lakin bu kitabini bir başqa sevdim. Oxunacaq kitablar sirasinda başda gəlməli olan kitabdir Son ada-içərisində çox dərin mənalar daşiyan romandir. Ütopyanin distopyaya çevrilmə hekayəsidir bu. Bir insanin böyük bir adani necə dəyişdirə biləcəyinə,insanlarin beyinlərini necə yuduğuna şahid oluruq. Yazar o qədər gözəl izah edib ki,yaşananlari,oxuyarkən qeyri-iradi öz ölkəmlə,dünya ilə qarşilaşdirdim hadisələri -Siyasetle ilgin olmadiğini biliyorum ama yaşadiğin dünyaya gözlerini bu kadar kapatmaya hakkin yok... Bu cümlənin özü belə kifayət edir kitabi anlamağa
Son Ada
Son AdaZülfü Livaneli · Doğan Kitap · 201351.7k okunma
Reklam
173 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.