264 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
Ne İçin Varsan Onun İçin Yaşa - Review
Bu kitabı izah etməyə hansı nöqtədən, hansı nüansdan başlayım, sözün doğrusu, bilmirəm. Hələ də təsirində olduğumdan mı, hələ də o şok edici sonluğu həzm etməyə çalışmağımdan mı bilmirəm, amma izah etməyə sözləri tapa bilmirəm. Bu necə bir kitab idi belə? Bəlkə də deyə bilərəm ki, həyatımda oxuduğum bütün kitablar arasında ən gözəl sonluğa malik, ən çox mənə məna qatan kitab idi. Hikmet Anıl Öztekinin özünü axtarmaq, daha doğrusu özünü axtarmadan sadəcə tapmaq üçün yola çıxdığı o səyahətində biz də onunla birgə doyunca Avropanı gəzmiş kimi olduq. Kimi vaxt xaricilərdən dinlədik hekayələr, kimi vaxt Hikmet bizə "Aşk Çemberi" kitabını oxudu, kimi vaxt da James'in həyatında baş verənlərin şahidi olduq. Professor və James, mənə görə tam bir ata-oğul münasibətini bizə göstərir. O söhbətlərin dərinliyini sanki yanlarında üçüncü şəxs kimi biz də oxuyur, düşünürük. Sadəcə oxunmağa dəyər bir kitab olduğunu düşünürəm. Mənə bu kitabı tövsiyə edən insana da xüsusilə təşəkkür edirəm. Kitabı da bəyənəcəyinizə 100% əminəm :)
Ne İçin Varsan Onun İçin Yaşa
Ne İçin Varsan Onun İçin YaşaHikmet Anıl Öztekin · Destek Yayınları · 20216.3k okunma
416 syf.
8/10 puan verdi
·
Read in 23 days
Düşmənin belə şanssızı
D İ Q Q Ə T!!! --S P O İ L E R-- OLA BİLƏR Bəzən kosmos ölçüsündə nə qədər şanslı olduğumuzu unuduruq. Məsələn, asteroid qurşağında yaşamırıq, tamamilə dünya ekosisteminə mükəmməl formada uyan bir peykimiz var, digər planetlərlə olan məsafəmiz ideal vəziyyətdədir, dünyanın maqnit qütbləri və ətrafındakı təbəqələr bizi yetərincə qoruyur və ən əsası
Üç Cisim Problemi
Üç Cisim ProblemiCixin Liu · İthaki Yayınları · 20201,042 okunma
Reklam
Özüm də bilmirəm, - o dedi. - Məni özünə cəzb edən yerin qarşısında təmiz kətanla otururam və öz-özümə deyirəm: «Bu təmiz kətandan gözəl bir şey yaratmaq lazımdır. Çox işləyirəm, evə narazı qayıdıram və tablomu anbara atıram. Bir qədər dincəldikdən sonra, yenidən ona baxmaq üçün qorxa-qorxa oraya gedirəm. Mən ondan indi də razı deyiləm, çünki mənim üzərində işlədiyim o möcüzə orijinal hələ daxili baxışlarım qarşısında yaranmayıb. Hələ mənə öz çəkdiklərimlə barışmaq çətindir. Nəhayət, mənə elə gəlir ki, çəkdiyim şəkillər məni məftun edən mənzərənin əks-sədasıdır. Təbiət mənə nə isə demiş, nağıl etmiş, mən isə onun stenoqramımı çıxarmışam. Ola bilər ki, mənim stenoqramında elə sözlər var ki, onları izah etmək çətindir, səhvlər və yaddan çıxan şeylər də ola bilər, amma bunun fərqi yoxdur. Lakin onlarda meşələrin, qumluğun və insanların mənə dedikləri bir sirr var. Sən məni başa düşürsənmi? - Yox.
Sayfa 224Kitabı okudu
353 syf.
8/10 puan verdi
·
Read in 24 days
Əzizə Cəfərzadə - Bakı-1501
Bu kitab Əzizə xanımın qələmindən oxuduğum üçüncü kitab oldu. Hər 3 kitabda tarixi şəxsiyyətlərin həyat yolunu roman şəklində təsvir edib Əzizə xanım və düşünürəm ki, tarixi prosesləri bu üslübda izah etmək daha yaddaqalan edir oxunulan məlumatları. Əzizə Cəfərzadənin romanlarında diqqət etdiyim bir məqam da hadisələri dərin detallara kimi izah
Bakı 1501
Bakı 1501Azize Caferzade · Qanun Nəşriyyatı · 072 okunma
333 syf.
·
Not rated
·
Read in 8 days
İlk kitabını oxuduqda biraz önyarqili qarşiladim, ama başqa kitablari oxuduqca hər şey çox gözəl izah olunur, oxumaqı hamıya məsləhət görürəm, indi isə kitabdan örgəndiyim yadımda qalani sizinlə bölüşüm, çünki birinə bir şey örgədməsən örgənə bilmərsən/Kitabda Kamil insan necə olmalıdır bəhs edilir, və çox gözəl, kamil insan özünü Allahı tanimali,
Kamil İnsan
Kamil İnsanMurtaza Mutahhari · Parlaq İmzalar · 0143 okunma
Tənhalıq keçmişə qayıdaraq həyatı yenidən yaşamaq istəməkdir. Tənhalıq odur ki, elə hey nəyisə gözləyirsən, ancaq nə gözlədiyini bilmirsən, kimisə gözləyirsən, ancaq anlayırsan ki, o artıq gəlməyəcək. Çıxıb gedirsən, bir kəsə bir söz demədən, izah vermədən. Düşünürsən ki, yoxluğun hamı üçün, əsasən də sənin sevdiklərin üçün dözülməz olacaqdır. Ancaq sonradan anlayırsan ki, heç kim buna görə pis olmadı, ümumiyyətlə, heç kim bunun fərqinə belə varmadı. Sənsiz də hamı çox gözəl yaşıyır. Sənin getməyinlə qalmağın arasında fərq yoxdur. Başa düşürsən ki, sənə elə gəlirdi ki, sən onlar üçün mühümsən və sən olmasan, onlara pis olar. Həqiqətən sən onlar üçün olan dəyərini çox şişirtmisən. Sən artıq çoxdandır ki, onları maraqlandırmırsan, hər kəs öz həyatını yaşayır. Sənə də onların həyatında heç bir yer yoxdur. Ən acınacaqlısı isə budur ki, heç sənin də öz həyatında yer verəcəyin bir kəs yoxdur...
Sayfa 108Kitabı okudu
Reklam
344 syf.
10/10 puan verdi
·
Liked
Real azadlıq
Doğan Cüceloğlu kitabları hər zaman çox yaxşı rəhbər rolu oynayır. Bu kitaba da başlayanda niyə daha əvvəl oxumadığımı düşündüm. Amma bildiyiniz kimi hər kitabın bir zamanı olur. Kitabda əsas mövzu olan real azadlıq və ona çatmağın yollarıdır. Mədəniyyət robotu anlayışı, mənəvi dəyərlər kitabda çox gözəl izah olunur. Sizə azad olmaq üçün hamıdan imtina etmək, qaçmaq, başqa ölkədə yaşamaq, ya da tək qalmaa kimi “absurd” şeylər deyilmir. İnsanın real azadlığa çatması bu kitabda fərqli üsullardan, olduğun yerdə, ətrafında dolu insanlar ola-ola izah olunur. Həmişəki kimi anlaşılan, sevimli və səmimi bir kitab olub, hər kəsə tövsiyə edirəm
Doğan Cüceloğlu
Doğan Cüceloğlu
Gerçek Özgürlük
Gerçek ÖzgürlükDoğan Cüceloğlu · Kronik Kitap · 20214,455 okunma
263 syf.
10/10 puan verdi
·
Read in 10 days
Heç sıxılmadan həvəslə oxuduğum kitab oldu. Oxuyan zaman sanki biri ilə söhbət edirmiş kimi hiss edirdim. Evrenin necə işləməsi çox rahat, anlaşılan dillə izah edilib. Yazar özündən nümunələr gətirməklə, yaşadığı çətinliklərlə dolu həyatını düşüncə tərzini dəyişərək necə istədiyi istiqamətə yönəldə bilməsini izah edir, həyatda qarşımıza çıxan bütün situasiyaların bizdən asılı olduğunu, baxış bucağımızı və düşüncələrimizi dəyişməklə həyatımızı istədiyimiz istiqamətə yönləndirə biləcəyimizi bildirir. Məncə Evrenin necə işlədiyi mövzusunda maraqlananlar üçün gözəl seçimdir.
Evrenden Torpilim Var
Evrenden Torpilim VarAykut Oğut · Doğan Novus Yayınları · 20153,227 okunma
320 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 19 days
Bəzi kitabların oxuma zamanı vardır, bəzi yolların başında oxunulmalı olanlar. Bu kitab isə elədir ki, heç vaxt bu kitaba gec qalınmaz, yeniyetməykən də oxuyanda çox şey öyrənmək olar, gənclik illərində də, evlilikdən öncə də, övlad dünyaya gətirəndə də, onu böyüdəndə də, bəlkə, 60 yaşında olanda da. Əsas olan özümüzü, bizi kəşf etməyə maraqlı olduğumuz zamana təsadüf etsin. Doğan Cüceloğlu hər şeyi öz ifadəsi ilə desəm - "sevgi dili" ilə izah edir ki, ən sərt sərhədləri olan insanlara da təsir edə biləcəyini düşünürəm. Bir az xəritə kimi bir kitab idi mənim üçün. Əlavə olaraq, kitabın sonunda film, kitab, hətta musiqi tövsiyələri var, hər tərəfi ilə çox gözəl idi️️..
Var mısın?
Var mısın?Doğan Cüceloğlu · Kronik Kitap Yayınları · 202127.2k okunma
174 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.