Gönderi

Tənhalıq keçmişə qayıdaraq həyatı yenidən yaşamaq istəməkdir. Tənhalıq odur ki, elə hey nəyisə gözləyirsən, ancaq nə gözlədiyini bilmirsən, kimisə gözləyirsən, ancaq anlayırsan ki, o artıq gəlməyəcək. Çıxıb gedirsən, bir kəsə bir söz demədən, izah vermədən. Düşünürsən ki, yoxluğun hamı üçün, əsasən də sənin sevdiklərin üçün dözülməz olacaqdır. Ancaq sonradan anlayırsan ki, heç kim buna görə pis olmadı, ümumiyyətlə, heç kim bunun fərqinə belə varmadı. Sənsiz də hamı çox gözəl yaşıyır. Sənin getməyinlə qalmağın arasında fərq yoxdur. Başa düşürsən ki, sənə elə gəlirdi ki, sən onlar üçün mühümsən və sən olmasan, onlara pis olar. Həqiqətən sən onlar üçün olan dəyərini çox şişirtmisən. Sən artıq çoxdandır ki, onları maraqlandırmırsan, hər kəs öz həyatını yaşayır. Sənə də onların həyatında heç bir yer yoxdur. Ən acınacaqlısı isə budur ki, heç sənin də öz həyatında yer verəcəyin bir kəs yoxdur...
Sayfa 108Kitabı okudu
·
30 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.