64 syf.
6/10 puan verdi
·
Liked
Əsərin fantasmaqor mövzusu hər oxucunun diqqətini çəkməyə bilər. Povest süjet xətti ilə ilk baxışda gülməli görünsə də, oxuyub əsər üzərində düşündükdən sonra yazıçının bu cür qəribə yanaşması ilə əslində cəmiyyətdə insanın mövqeyi və onun statusundan necə asılı vəziyyətə düşməsinə diqqət çəkdiyini görmək mümkündür. Qoqol maraqlı bir yanaşma ilə o zamankı cəmiyyətdə Kovalyovun burunsuz olaraq keçirdiyi psixoloji hallarını, yuxarı cəmiyyət əhatəsində üzüntüsünü gözəl təsvir edib. Eyni zamanda yazıçının yüksək müşahidə qabiliyyəti ilə hadisələri ard-arda düzməsi və belə bir mövzunu xüsusi ironiya, yumorla yazması da əsərə rəng qatıb. Heç təəccüblənmədim ki, Qoqol kimi həm ağıllı, həm də hadisələri satirik dillə çatdıra bilən bir yazıçı povestin sonunda öz müəllifliyinə də ironiyalı yanaşıb. Əsərin sonunda bu hissəyə diqqət yetirin: "Deyək ki, bunları başa düşdük, ancaq necə olur ki, burun bişmiş bir çörəyin içindən çıxır? Sonra necə olur ki, İvan Yakovleviç?... Nə isə bunları boş verin, bu işin məntiqli izahı yoxdur. Fəqət məni ən çox təəccübləndirən və başa düşmədiyim şey yazıçıların bu cür mövzuları götürüb yazmağa çalışmalarıdır. İnanın, bu izah ediləcək bir şey deyil. Bax, bu məsələni bir şəkildə anlaya bilmirəm. Həm belə bir mövzunun nə ölkəyə, nə də hər hansı bir insana heç bir faydası yoxdur; sonra... Nə olduğunu bir şəkildə anlaya bilmirəm..."
Burun
BurunNikolay Gogol · Tutku Yayınevi · 20175.2k okunma
208 syf.
10/10 puan verdi
·
Read in 8 days
"Ruh, İnsan, Sanat, Edebiyat" kitabı qismən bioqrafik kitabdır. Qismən dedim, çünki insanların həyatından çox onların elm və sənətə verdiyi töhfələrdən və bunlara Yunqun şəxsi münasibət və düşüncələrindən ibarətdir. Kitabda olan mündəricat belədir: Parasels Həkim Parasels Tarixi bağlantı içində Sigmund Freyd Sigmund Freydin
Ruh
RuhCarl Gustav Jung · Pinhan Yayıncılık · 2021230 okunma
Reklam
288 syf.
8/10 puan verdi
Keçən il kanadalı rejissor Deni Vilnev tərəfindən ekranlaşdırılmış "Gəliş" (Arrival) filmini izləmişdim. Filmdən sonra həmişəki marağımla haqqında bir neçə incələmələr etmişdim. Araşdırma sayəsində öyrəndim ki, filmdə uydurulmuş, qeyri-adi, vizual dilin çatdırılması məsələsində rejissor Deni Vilnev çətinlik yaşamış və bu məsələni həll
Geliş
GelişTed Chiang · Monokl Yayınları · 2017285 okunma
Qeyd: “Mari Roje” ilk dəfə qeydlərsiz çap olunub, çünki onda buna gərək yox idi. Hərçənd, bu hekayənin əsasını təşkil edən faciənin üstündən illər keçib, ona görə də qeydlərə və məsələnin məğzini izah edən girişə ehtiyac duyulur. Nyu-York ətrafında Mari Sesiliya Rocers adlı gənc qız öldürülmüşdü, qətlin səs-küy yaratmasına və uzun müddət ictimaiyyətin diqqət mərkəzində qalmasına baxmayaraq, əsil hekayəsinin yazılması və çap olunmasına qədər (1842, noyabr) heç kim hadisənin sirrini aça bilməmişdi. Müəllif bu gözəl fransız qızının taleyini təsvir edəndə məlum olan cüzi detallarla paralellər apararaq əslində Mari Rocersin qətlinin təfərrüatlarını tamamilə dəqiq göstərmişdi. “Mari Rojenin sirri” bu dəhşətli qətlin törədildiyi yerdən çox-çox uzaqlarda yazılmışdı və hadisəni araşdıran müəllif yalnız qəzetlərdəki məlumatlara istinad edə bilərdi. Nəticədə çoxusu ondan üz döndərdi ki, əgər hadisə yerində şəxsən olmayıbsa, bu halda bəzi nüansları necə belə dəqiq təsvir edə bilib. O cümlədən, hekayənin nəşrindən uzun müddət keçəndən sonra iki şəxsin (onlardan biri əsərdə madam Dülük olaraq verilib) bir-birindən xəbərsiz etdiyi etiraflar nəinki ümumi nəticəni, eləcə də bunu yaradan bütün əsas fərziyyələrin tamamilə dəqiq olduğunu təsdiqləyirdi.
Sayfa 1 - Hədəf nəşrləriKitabı okudu
590 syf.
·
Not rated
·
Read in 9 days
"Hz.Məhəmməd üçün bülbülün qırx mahnısı" Türkiyədə divan ədəbiyyatını sevdirən usta yazıçı İskender Paladan oxuduğum ikinci kitab oldu. Yunus Əmrə haqqında olan "Od" romanıyla bağlı araşdırmaları oxuduğumda yazıçının özünün ən çox sevdiyi əsərinin "Bülbülün qırx mahnısı" kitabı olması diqqətimi çəkmişdi. Odur ki,
Bülbülün Kırk Şarkısı
Bülbülün Kırk Şarkısıİskender Pala · Kapı Yayınları · 202010.4k okunma
196 syf.
·
Not rated
·
Read in 7 days
“Bir yerde kötülük varsa,oradaki herkes biraz suçludur” İlin son həftəsinin son kitabi “Son ada”. Və son bir ayda oxuduğum 3-cü kitabidir Livanelinin Bir kitabi oxuyub sevdimsə,yazarin dilini,qələmini,hekayənin axiciliğini bəyəndimsə həmən yazarin bütün kitablarini oxuyub bitirmək istəyirəm Bundan öncə “Kardeşimin hikayesi”-ni,”Huzursuzluk”-u oxumuşam,lakin bu kitabini bir başqa sevdim. Oxunacaq kitablar sirasinda başda gəlməli olan kitabdir Son ada-içərisində çox dərin mənalar daşiyan romandir. Ütopyanin distopyaya çevrilmə hekayəsidir bu. Bir insanin böyük bir adani necə dəyişdirə biləcəyinə,insanlarin beyinlərini necə yuduğuna şahid oluruq. Yazar o qədər gözəl izah edib ki,yaşananlari,oxuyarkən qeyri-iradi öz ölkəmlə,dünya ilə qarşilaşdirdim hadisələri -Siyasetle ilgin olmadiğini biliyorum ama yaşadiğin dünyaya gözlerini bu kadar kapatmaya hakkin yok... Bu cümlənin özü belə kifayət edir kitabi anlamağa
Son Ada
Son AdaZülfü Livaneli · Doğan Kitap · 201351.2k okunma
Reklam
Son ada-Livaneli
“Bir yerde kötülük varsa,oradaki herkes biraz suçludur” İlin son həftəsinin son kitabi “Son ada”. Və son bir ayda oxuduğum 3-cü kitabidir Livanelinin💫 Bir kitabi oxuyub sevdimsə,yazarin dilini,qələmini,hekayənin axiciliğini bəyəndimsə həmən yazarin bütün kitablarini oxuyub bitirmək istəyirəm💜 Bundan öncə “Kardeşimin hikayesi”-ni,”Huzursuzluk”-u oxumuşam,lakin bu kitabini bir başqa sevdim. Oxunacaq kitablar sirasinda başda gəlməli olan kitabdir👌🏻 Son ada-içərisində çox dərin mənalar daşiyan romandir. Ütopyanin distopyaya çevrilmə hekayəsidir bu. Bir insanin böyük bir adani necə dəyişdirə biləcəyinə,insanlarin beyinlərini necə yuduğuna şahid oluruq. Yazar o qədər gözəl izah edib ki,yaşananlari,oxuyarkən qeyri-iradi öz ölkəmlə,dünya ilə qarşilaşdirdim hadisələri👌🏻 -Siyasetle ilgin olmadiğini biliyorum ama yaşadiğin dünyaya gözlerini bu kadar kapatmaya hakkin yok... Bu cümlənin özü belə kifayət edir kitabi anlamağa 💫
102 syf.
8/10 puan verdi
·
Read in 6 days
Vikontun ikinci yarısı
O yazıçı oxucunun yaddaşına həkk olunur, təsirləndirir ki: “Həqiqətin ağırlığını dilin xəfifliyilə həll etmək” (Kapozzi, 2004) məqsədinə nail olur. Fantastik hekayə və novellaları ilə dünyada sevilən yazıçılardan olan İtalo Kalvino da belələrindəndir. Hələ yeniyetmə çağlarımda İrland yazıçısı Mayn Ridin “Başsız atlı” romanı əsasında çəklimiş
İkiye Bölünen Vikont
İkiye Bölünen VikontItalo Calvino · Yapı Kredi Yayınları · 2011513 okunma
197 syf.
·
Not rated
Yəhudi fahişə müsəlman uşağı necə xilas etdi? (AZE)
Yəhudi fahişə müsəlman uşağı necə xilas etdi? Keçən əsrin 70-ci illərində ünlü fransız yazıçısı Romen Qari ciddi tənqidlərə tuş gəldiyi ərəfədə Fransada hər kəs ədəbiyyatda uğurlu addımlar atan Emil Ajardan danışırdı. Emil Ajar fransız ədəbiyyatında qəfildən peyda olsa da, tez bir zamanda parlamağı, oxucuların sevimlisinə çevrilməyi bacardı.
Onca Yoksulluk Varken
Onca Yoksulluk VarkenRomain Gary (Emile Ajar) · Agora Kitaplığı · 20093,296 okunma
576 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 31 days
Kitabın mövzusu mənə o qədər təsir etdi ki, uzun müddət kitab haqqında düşündüm. Diqqətlə oxuduqda nəzərə çarpacaq, bəzi real tarixi hadisələrə yüklənmiş mənalar o qədər dəqiqliklə seçilib ki... Böyük, kütləvi qırğınlara səbəb olan müharibələrin səbəbləri maddi deyil də, mənəvi dəyərlər əsas alınaraq izah edilib. Və təbiətin özünübərpa mexanizmi çox gözəl (qorxuducu) bir şəkildə izah olunub.
Cəhənnəm
CəhənnəmDan Brown · Qanun Nəşriyyatı · 201425.7k okunma
Reklam
136 syf.
·
Not rated
O qədər çox hissəsi var ki,anlamadım,amma intonasiyayla oxumaqdan ele zövq aldım ki..Ən qəşəngi,ən sevdiyimi də.. Yedi adam biri bir gün bi kan gördü Gereğini belledi Yari alsa koynuna Ayırmaz kanı yanından Cahit Zarifoğlu,Erdem Bayazıt artıq mənimçün çox şey ifadə edir.Bəlkə də ona görə,bəlkə onları çox sevdiyim üçün,bəlkə də şeirlər həqiqətən də,çox gözəl olduğu üçün,amma səsli oxumaqdan boğazım ağrıyır.Və mən,çox uzun zaman oldu,bir kitabı tekrar oxumayalı,təkrar təkrar oxuyacam o şeiri,sevdiyin mahnını oxuyar kimi.. Şeirdə olan ruh qaranlıqdır,amma insanı qorxutmur,sadecə ümidlərini,sevgisini,inanclarını, ideallarını öz dünyasında gizləmiş adamın qaranlığı..İzah edə bilmərəm,amma çox sevə bilərəm.
Yedi Güzel Adam
Yedi Güzel AdamCahit Zarifoğlu · Beyan Yayıncılık · 202318.3k okunma
376 syf.
·
Not rated
Roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs etsə də, Azərbaycan ədəbiyyatında az işlənmiş parapsixologiya, ölümdən sonrakı həyat, ölümə yaxın təcrübə kimi məsələləri də incəliyinə qədər çatdırmışdır. Müəllif ilk romanı ilə həqiqətən uğurlu bir addım atıb desəm, yanılmaram. Həm qeyri-adi süjet xətti,
Ayrılıq
Ayrılıqİlqar Kamil · Parlaq İmzalar · 201520 okunma
509 syf.
·
Not rated
Hər kəsə salamlar! 🤍 Bugün uzun müddətdir bitirdiyim lakin həm blokda olduğum, həm də vaxt tapa bilmədiyim üçün postunu ertələdiyim kitabın şərhi ilə qarşınızdayam. Dünya ədəbiyyatının ən məşhur əsərlərindən biri olan "Paris Notr-Dam kilsəsi" romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və
Notre Dame'ın Kamburu
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202232.6k okunma
Çox gözəl izah.
Sən kiməsə onun elədiyi bütün yamanlıqları bağışlayırsansa, deməli, o insan sənin üçün artıq yoxdur.
Bilirsinizmi ki biz niyə vaxtından tez qocalırıq?
Ona görə ki, cəmiyyət tərəfindən təcavüzə məruz qalırıq. Mənəvi zorakılıqla beynimizə müəyyən ilahi plan və axmaq ideallar yeridirlər. Özümüzü kəşf etmək əvəzinə bizə hansısa sosial statusun əhəmiyyətini əzbərlədirlər və ona gedən yolun nəzəri və abstrakt metodlarını izah edirlər. Öz mənliyimizi qazanmamış itirib qocalırıq. Yetkin insanlar öz uğursuzluqlarını bizə göstərib deyirlər ki, "mənim kimi olma,filankəs kimi ol!" , halbuki kiminsə həyatını oğurlamaq, onun hərəkətlərini təkrarlamaq nəyə lazımdır? "Həqiqi dedektiv" (True detective) teleserialının ikinci mövsümündə gözəl bir epizod var. Epizodda dedektiv Vudrou deyir: Mən onlar tərəfindən nə deyildisə, hamısını etdim. Ordu, polis idarəsi, fərqi yoxdur. Mənasızdır. Sən edirsən, amma mənası yoxdur. Onlara o qədər uzun müddətdir qulaq asıram ki, kim olduğumu belə bilmirəm. Gözəl sözlərdir və mənliyimizi itirməmək üçün çox ciddi ismarıcdır.
166 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.