“İnsan, acısıyla tek başına kalmayı ve kaçma isteğinin üstesinden nasıl geleceğini öğrendiğinde, öğrenecek çok az şey kalmıştır.” Albert Camus Irvin D. Yalom | Varoluşçu Psikoterapi
Sosial platformalarda nəyəsə fikir bildirmək çox yaxşıdır.Öz fikrinizi bildirəndə birdən dolğun yazmaram, səhv yazaram deyə düşünməyin. Aradan bir az zaman keçəndən sonra onları oxumaq adama həzz verir. Baxırsan ki, bu fikrin çox absurd olub, bu fikrin çox ideal və s. Nəyisə gizlətməyə gərək yoxdur ki, əvvəlki halınız da sizsiniz. Kef eləyin, istədiyiniz kimi yazın, danışın. Onsuz da hər şey müvəqqətidir. Səhvlər də, düzlər də qalsın. Ahahahahah yuxudan bildiriş səsinə ayılıb gecə bunu yazıram, niyə? BİLMİRƏM. LƏNƏT OLSUN. Qatar keçir huh Yatmağa davam🥳 02:46
Reklam
Oxunub qurtarmış kitab deyiləm, Götürüb qoyasan kitab rəfinə. Arabir təkrar üçün karına gələm Açıb oxuyasan başqa birinə. Nə də simi qırıq köhnə bir taram Evin bir küncündən asasan məni Bir gün tənha qalib darıxan zaman Sim salıb köksünə basasan məni. Sənin üçün deyiləm bayram paltarı, Şənlikdən-şənliyə yadına düşəm. Gözləyə bilmərəm bu bayramları, Durub gözləməyi öyrənməmişəm. Saxlaya bilməzsən ehtiyat kimi, Məni həmişəlik ehtiyatda sən Heç kim verə bilməz mənim yerimi, Çətin başqasını əvəz edəm mən. (Nüsrət Kəsəmənli)
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Hasret, beni yordun sanma Sancım, diner elbet zamanla Kim bilir belki bir gün, kurtulurum sonunda O eski günlerden, o simsiyah nefessiz günlerden, of... D.
Gözündə böyütdüyün ən ağılasığmaz xəyalların belə bir gün sıradanlaşacaq..reallığın o yüngül fəlsəfəsi, vecsiz sadəliyi üzünə baxıb sadəcə gülümsəyəcək..ağrılarına da, xoşbəxtliyinə də güvənmə..heç biri qalıcı olmayacaq.
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.