Göylər amansız olub, torpaq isə susuzluqdan yandıqda əkinçi üzünü Allaha tutub yalvarıb-yaxararaq yağış istədiyi kimi, mən də dəfələrlə diz çöküb Allahdan mənə göz yaşı bəxş etməsini diləmişəm.
Bizim günlərdə insan birlik hissini özünü “bəşər övladı” kimi dərk eləməsində deyil, hər hansı bir millətin ruhunu və həm də məntiqi və ağılı təhrif edir. O öz qəbiləsinə daxil olan “doğmalar” və olmayan “yadlar” haqqında ayrı-ayrı dəyərlər nöqteyi-nəzərindən mühakimə yürüdür.
“Aman siz ağıllıların əlindən! - deyə təbəssümlə cavab verdim. - Ehtiraslar! Məst olmaq! Dəli olmaq! Siz isə nəcib əxlaqlı adamlar, bir qıraqda sakitcə və heç bir şeyə qarışmadan dayanıb sərxoşların qeybətini qırır, dəlilərə nifrətlə baxır, sonra da keşişlər və riyakarlar kimi yan ötür, Allaha şükür edirsiniz ki, sizi bunların heç birisinə oxşar yaratmamışdır.
Mənim üçün o yazıçı hamıdan əzizdir ki, onun əsərlərində mən öz aləmimi kəşf edirəm, onun kitabında isə ətrafımda baş verən hadisələr olur, onun hekayəsi şəxsi ev həyatım kimi məni məşğul edir və qəlbimlə səsləşir. Bu, cənnət həyatından çox-çox uzaq olsa da, hər halda, mənim üçün olmazın bir sevinc mənbəyidir.