Taleyin göndərdiyi halalca payım olsan,
Bəlkə də ömrüm boyu çəkməzdim bu zilləti.
Sübh çağı dan ulduzum, gecələr ayım olsan,
Əridərdim qəlbimdə mürgüləyən zülməti.
Açılsaydı önümdə dəstə-dəstə çiçəklər,
Gözlərindən tanıyıb səni mütləq seçərdim.
Narın yaz yağışına dönə bilsəydin əgər,
Sənin hər bir damcını qətrə-qətrə içərdim.
Gözlərimdən yuxu qaçdı,
Səni andım bütün gecə.
Başımda əziz xəyalın
Göylərə baxdım gizlicə.
Yel əsdi, elə bildim ki,
Nəfəsindir səhər mehi.
Şehli çəmənləri gəzdim
Gözlərimdə həsrət şehi.
Məni bəxtiyar elədi
Saçlarından gələn ətir.
Dan ulduzu, dan ulduzu,
Taleyimə səhər gətir.
Dan ulduzu, dan ulduzu,
Dərdindən olmuşam dəli.
De, ulduza yetişərmi
Heç bəni-insanın əli?...
Bahar Bəxtiyarqızı Sevgi, əslində, ayrılığın cızdığı yoldur.
Gedirik! Amma yenə sevdiyimizə yaxınlaşırıq.
Sevgi bəzən arxası görünməyən, digər tərəfi
əks etdirən şüşə kimidir. O içinizi aydın
Bu qaranlıq gecə nə qədər sürdü,
Yetiş imdadıma, ey dan ulduzu!
Barı sən gəl, mənə yuxu gəlmədi,
Yetiş fəryadıma, ey dan ulduzu!
Qudurğan qasırğa, çarpaşıq yollar,
Yolumda zülmət var, uçurumlar var,
Yetiş ki, ömrümün karvanı ağlar,
Aman, gəl dadıma, ey dan ulduzu!
Bu sönük ulduzlar məni aldadır,
Süzgün gözlərinlə gəl onu andır,
Gözlərim yolunda, üzüm haqdadır
Aman, sən yox demə, ey dan ulduzu!