Heç tanımadığımız adamların toyuna getmək təklifi xalam oğlundan gəldi. Qardaşım razı olmadı, mən isə neçə vaxtdır üstümə çökən pis əhval-ruhiyyədən qurtulmaq, kefimi açmaq üçün onun sözlərinə şərik çıxdım.
Xalam oğlu kənddən özünə kostyum gətirmədiyi üçün qardaşımın pencəyini, köynəyini, öz cins şalvarını və idman ayaqqabısını geyinəndə bir