Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

︎Mehdi Mehdili

︎Mehdi Mehdili
@MehdiMehdili
Sıkı Okur
Hərdən fikirləşirəm ki, iləti yazmasam, əcdadlarımız kimi “hu hu hu, ha ha ha” eləsəm, kifayətdir.
Marketing
AKU
Imişli
20 Temmuz 1994
173 okur puanı
Nisan 2022 tarihinde katıldı
Sabitlenmiş gönderi
Kişnəyəndə and içir at! Qisasının dördayaqlı olduğuna!
Reklam
︎Mehdi Mehdili tekrar paylaştı.
Gecəniz xeyirə
Uzaq Imişli bölgəsinin küləkli havasına pəncərəmi açıram. Yox, bu çox pafoslu oldu. Onda gəlin belə deyək. Bu gün külək əsir.Əvvəlcə fikirləşdim ki, mən bu gün nə istəyirəm? Dərhal da ağlıma gəldi. Çoxdandır nə istədiyimi tapa bilmirdim. Deməli, hikmət küləkdə imiş. İstəyim odur ki, qalın odun peçinin yanında – fonda mütləq peçin cızırtılı səsi – yorğana girib, çay içə-içə yatmaq, kinoya baxmaq, kitab oxumaq. Bu boyda dünyadan bu gün yalnızca bunu istədim. Bu nə mənasız, məzmunsuz bir arzudur? Adam niyə odun peçinin yanında uzanıb çay içmək istəsin? Özümü odun peçi təfəkkürlü bir insan kimi hiss etdim. Utanmaz-utanmaz buna romantika adı da qoymaq istədim ki, bəlkə, vəziyyətdən çıxaram. Bu arzumla əmin oldum ki, mən heç vaxt – (bu cümləni yazmağa ərindim. Lütfən tamamlaya bilirsinizsə, siz tamamlayın).
︎Mehdi Mehdili tekrar paylaştı.
Həyatda nə pisliklər etdiyim haqda fikirləşdiyimdə balaca olarkən yuvasından düşmüş və tam uça bilməyən sərçə balasını qumda basdıraraq öldürdüyümü xatırlamadan keçə bilmirəm. Bir də həyətimizdəki tövlədə yaşayan kərtənkələlərə verdiyim işgəncə silsilələrim olub. Öldürdüyüm sərçə balasına və qarınlarına iynə ilə su yeritdiyim kərtənkələlərə görə hələ də vicdan əzabı çəkirəm. Bu əzab hətta bəzən güzgüdəki əksimə belə baxmaqdan utanacaq qədər şiddətli olur.

Okur Takip Önerileri

Tümünü Gör
Saçlarına qurban olum Saçlarını ağartma Əllərinə qurban olum Duaları unutma Gözlərinə qurban olum Ha tərəfə baxırsan? Dillərinə qurban olum
Göy üzündə qanad açan quşun özünəməxsus bir gözəlliyi vardır. O canlıdır, o azaddır. Varlıdır, bütün göy üzü onundur. Amma qəfəsdəki eyni quş məzlumdur, çirkindir. Məhbusdu, yaşayan bir cəsəddən fərqsizdi. Çünki azadlıq gedib, göy üzü gedib. Bu gözəl qanadlar artıq lazımsızdır, ağırlıqdan başqa bir şey deyildir. Onlar keçmişdən qalan bir şeydir və keçmişdə qalan hər bir xoş xatirə bu gün bədbəxtlik gətirir.
1.938 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.