Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Gecəniz xeyirə
Uzaq Imişli bölgəsinin küləkli havasına pəncərəmi açıram. Yox, bu çox pafoslu oldu. Onda gəlin belə deyək. Bu gün külək əsir.Əvvəlcə fikirləşdim ki, mən bu gün nə istəyirəm? Dərhal da ağlıma gəldi. Çoxdandır nə istədiyimi tapa bilmirdim. Deməli, hikmət küləkdə imiş. İstəyim odur ki, qalın odun peçinin yanında – fonda mütləq peçin cızırtılı səsi – yorğana girib, çay içə-içə yatmaq, kinoya baxmaq, kitab oxumaq. Bu boyda dünyadan bu gün yalnızca bunu istədim. Bu nə mənasız, məzmunsuz bir arzudur? Adam niyə odun peçinin yanında uzanıb çay içmək istəsin? Özümü odun peçi təfəkkürlü bir insan kimi hiss etdim. Utanmaz-utanmaz buna romantika adı da qoymaq istədim ki, bəlkə, vəziyyətdən çıxaram. Bu arzumla əmin oldum ki, mən heç vaxt – (bu cümləni yazmağa ərindim. Lütfən tamamlaya bilirsinizsə, siz tamamlayın).
·
1 artı 1'leme
·
902 görüntüleme
Gurbanova okurunun profil resmi
...böyük arzularla yaşayan insan ola bilməyəcəm,öz kiçik arzularımla və dünyamla xoşbəxt olmağa çalışacam.
︎Mehdi Mehdili okurunun profil resmi
Çox gözəl tamamladınız 🙏👍🏻
1 sonraki yanıtı göster
Ülviyyə  Mikayılova okurunun profil resmi
..... bu dünyadan və müasir insanlardan biri olmayacam .( bu " romantikanı " mən də edirəm😅)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.