Əxlaqsızlığa alışmış adam isə, əksinə, həmişə işini əlaltından görür, əməli daha iyrənc olur, ancaq bunu elə qayda-qanun və ədəb qılığına salır ki, dili sizin üstünüzdə uzun olur.
Sevən qadın isə, ah sevən qadın- sevdiyi adamın qüsurlarını da, hətta qatilliyini də göylərə qaldırır. O adam özünü təmizə çıxarmaq üçün, qadının onu təmizə çıxarmaq üçün dediyi sözləri tapıb deyə bilməz. Bu, ailəcənablıqdır, ancaq orijinal deyil. Qadını məhv eləyən yalnız qeyri-orijinal olmasıdır.
Mən həmişə məğrur olmuşam, mən həmişə arzu etmişəm ki, istəyim ya əməlli-başlı olsun, ya da yerli-dibli olmasın! Məhz ona görə ki, yarımçıq xoşbəxtlik istəməmişəm, əməlli-başlı xoşbəxtlik istəmişəm.
Bilirsinizmi, gənclər ailəcənab olurlar, əlbəttə, mən yaxşılarını deyirəm, ailəcənab və coşqun, ancaq çox səbrsiz olurlar, bir şey azacıq ürəklərindən olmadımı, nifrət eləyirlər.