İnandığın şeylər sənin quruluşunda ola bilər edam kəndirində.Nəyə inandığına nəyi dinlədiyinə və nəyi danışdığına həmişə diqqət etməlisən
Sayfa 12·Kitabı okuyor
Çıxardığım nəticə budur ki, bir azca diqqət etsən, elə bütün kişilərin az-çox eyni olduğunu görəcəksən. Bəziləri nəzakətli, ağıllı olur. Bəziləri az ya çox lətafətli olmaqla başımızı aldada bilir. Amma əslində, onların hər biri öz qəzəbi içində boğulan balaca bədbəxt oğlanlardır. Hər zaman haqsızlıq hiss edirlər. Sanki haqqı olan şeyləri əllərindən alıblar.
Sayfa 369 - Madlen·Kitabı okudu
Reklam
Puan vermedi·528 syf.··
2025 10. kitabı
İlk tanışlıqdan artıq diqqətimi cəlb etmişdi bu əsər. Ara-sıra yorularaq kitabı örtmək istəsəm də Ka'nın xarakterini anlamaq istəməm buna imkan vermədi. Digər tərəfdən yazar əsəri öz dilindən yazır, Ka'nı öz dostu adlandırır. Biz Orhan Pamuku Ka'nın şeirlərini tapmaq, Ka'nın ölümünü araşdırmaq üçün dostunun nəfəs aldığı hər yerə gedir,onun dialoq qurduğu hər insanla tanış olurdu. Mən Ka'nın həqiqətən var olan bir şair olduğuna inanıram. Yoldaş Ka 12 il Frankfurtda sürgün həyatı yaşayıb, anasının ölümü ilə əlaqəli vətənə qayıdır. İstanbuldan Qarsa son zamanlar din və Atatürk adı altında baş verən hadisələrin mənbəyini öyrənmək üçün reportaj adı altında gəlir. Qarsda uzunmüddətli tənhalığın, sevgisizliyin təsiri altında tələbəykən sevdiyi, Qarsın millət vəkili ilə evliliyi olmuş İpəklə qarşılaşır. O İpəklə Frankfurta gedib xoşbəxt olmaq xəyalları qürur. Etdiyi hər hərəkəti də bu xoşbəxtliyin təməli olaraq yerinə yetirir. Ka qorxaqdir, Ka bədbəxtdir, Ka sevir- Ka şairdir. Ka'nın həyatınin fonunda 1900-cu illər Turkiyəsinin vəziyyəti ilə tanış oluruq. Ka'nın gözündən çaşqın Qars vətəndaşının türkçülük və müsəlmanlıq ideyaları arasında sıxılıb qaldığını görürük. Əsərin diqqət çəkən digər hissəsi isə Ka'nın yaşıl şeir dəftəridir. Ka şeirlərini qar dənəsinin budaqlarına yerləşdirir və qar dənəsini insan həyatına bənzədir. O şeirləri oxumağı çox istərdim. Bəs bunlar Pamuk'un təxəyyülüdürsə.....
QarOrhan Pamuk · Qanun Nəşriyyatı · 202317,7bin okunma
Puan vermedi·564 syf.··
2026 2. kitabı
Dünyaca məşhur "Əli və Nino' əsərinin müəllifindən növbəti möhtəşəm qələm işi Sadəcə niyə bu əsər bu qədər məşhur deyilllll....... Mənim kimi tarix takıntısı olan bir insan üçün bu əsər nə qədər maraqlı gəldi özünüz düşünün Romanda sarayından didərgin düşmüş bir paşa və onun şəhzadə üçün yetişdirilən qızından söhbət gedir. Ancaq əsərdə daha nələr yoxdur- şərq və qərb münasibətləri, əbədi sədaqət, vətən sevgisi, kişilik və qadınlıq göstəriciləri daha nələrrr nələrrrrrrr..... Əsərin baş qəhrəmanı ənbəri adlı paşa qızıdır,o artıq şəhzadə üçün yetişdirilmiş, sarayda yaşamır. Ənbəri Berlində kiçik bir evdə atası ilə birgə yaşayır və filologiya üzrə təhsil alır, əcdadlarının dilini, tarixini öyrənir. Belə bir dönəmdə vətən xiffəti çəkdiyi, Berlinə uyğunlaşmağa çalışdığı bir vaxtda bir həkimlə qarşılaşır...... Allahım əsərdə o qədər dolanbaclı hadisələr var ki, inanın sizə burada nə qədər danışsam da spoiler almış olmazsınız... Odur ki, ümidvaram sevimli oxurlar bu kitaba xüsusi diqqət yetirəcəklər
Beynimdə QəribəlikOrhan Pamuk · Qanun Nəşriyyatı · 201516,3bin okunma
Yalnız ölüm həyatı əvvəlki şəklinə qaytara bilər. Əgər bircə dəfə ürəyim tutsa, tirtap mətbəxin ortasında yıxılıb qalsam, bəlkə Əmir o zaman mənə diqqət edər.
Sayfa 72 - Parlaq İmzalar·Kitabı okudu
Alıntı
Reklam
Reklam