Bukovskinin avtobioqrafik romanı olan bu kitab
sayəsində yazarı daha yaxından tanıyırıq.
Henry Chinaski(atasının adı Henry,China-Çin ən sevdiyi şəhər və -ski öz adının sonluğu)dünyəviləşə, cəmiyyətə uyğunlaşa bilməyən və ən önəmlisi buna çalışmayan bir obrazdır.Bəzən çalışmamaq o qədər çox cəsarət istəyir ki,sistemə qarşı gəlmək amma bunu müharibə şəkilində yox sakit və özündən əmin,heç kimə heç nə sübut etmədən davam etdirmək .Bir çoxumuz onunla eyni hissləri bölüşürük, oxuyanda 'bu mənəm' deyərik amma aramızdan neçəsi onun qədər inadkardı?
Onun inandığı, müdafiə etdiyi xüsusi bir şey yoxdur,o itib və doğru yolu axtarır, inandığı bir şey yoxdu amma nəyə inanmamalı olduğunu dəqiq bilir və digərlərinin əzbərləmiş həyatını inkar edir.
Bir yol tapırmı?bir nəticəyə gəlirmi?çox güman digər avtobioqrafiyası olan Factotumda yolun davamını oxuyacağıq.
Bundan əlavə olaraq Bukovskinin zarafat mizahı sadəcə dəhşətdir.Digər oxucuları bilmirəm amma hələ məni həm bu qədər ağladan həm də güldürən ikinci bir kitab oxumamışam.
Qaldı ki, sitat gətirməyə o qədər altını xətlədiyim hissə oldu ki,hansı ən bəyəndiyimdi seçə bilmirəm, təsadüfü birini aşağıya buraxıram.
Xoş mütaliələr)
"Bırakacağını biliyordum,” dedi yavaşça.
‘Başlayacağını’ demek daha yerinde olurdu.