O səni sevməkdən əl üzmədi heç.
Keçirə bilmədim söz ürəyimə.
İstədim deyim ki, doğru yolu seç,
Söz deyə bilmədim öz ürəyimə.
Nə dedim duymadı, almadı vecə.
Mənə əzab verdi hər gün, hər gecə
Sənin həsrətini çəkib gizlicə,
O qədər basmışam köz ürəyimə.
Dönməz inadından ölsə də belə.
Qoymaz ki, bu sevda sovrula yelə.
Nə qədər deyim ki, biraz səbr elə
Nə qədər deyim ki, döz, ürəyimə...
Famil Rəsul 💫