Bir çoxundan soruşsanız məni duyğusal insan olaraq adlandıracaqlar böyük ehtimal, lakin mən bu faktla o qədər də razı deyiləm. Çünki nə vaxt üzgün, ya da depresif hiss etsəm insanlardan özümü uzaqlaşdırmağı seçirəm duyğularımı bəlli etmək əvəzinə. Bilmirəm niyəsini amma hisslərimi sözlərlə ifadə etmək çox da mənlik deyil ya da xoşlamıram , əmin deyiləm yəni. Ona görə üzgün olduğum zaman məni danışdırmayın deyib uzaqlaşıram. Xaricdə isə I feel moody, can we talk later dediyim zaman insanlar okay deyib uzaqlaşırlar, təbii ki normaldı amma mən bu cümlənin altında yatan əsl mənanı anlayan insanları istəyirəm ətrafımda. Biraz qəliz səslənir bəlkə də amma düşündüyünüz qədər duyğusal deyiləm işte, ya da duyğusal durum gözəllik kimi nisbi qavramdı hər kəs üçün. Kim bilir…🫠