Valida Shafiyeva

Valida Shafiyeva
”Cırcırama və qarışqa” hekayəsini eşitmisiniz də. Bütün yayı cırcırama uçur, o çiçəkdən bu çiçəyə, sevinir, kef çəkir. Qarışqa isə evinə yem daşıyır. Cırcırama qarışqanı dolayır ki, bütün günü əziyyət çəkirsən. Qarışqa isə fikir vermir. Qış gələndə cırcırama ölür, qarışqa isə daşıdığı qidaları yeyir. Bilirsizmi, bu hekayədə zooloji səhv var. Cırcırama bütün günü yem daşısaydı belə yenə də qışda öləcəkdi. Çünki onun həyatı elə bir aylıqdır. Qarışqa isə yem daşımagına baxmayaraq yenə də qışda ölür. Bizə uşaq vaxtında qarışqanı misal çəkirdilər. Deyirdilər ki, siz də elə olun. Amma əslində cırcırama həyatını yaşadı, xoşbəxt olub, dünyanı görüb öldü. Qarışqa isə əziyyət çəkib, sürünüb öldü. Mən də buna baxıb öz seçimimi edirəm. Qarışqa olub sürünərək ölməkdənsə, qoy cırcırama olub uçaraq ölüm.
Alıntı
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Biz nə qədər fərqli olsaq da əslində hamımız eyniyik. Həyat bizi istədiyi kimi dəyişir.
Alıntı
Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidir.
10/10
·400 syf.··
2024 11. kitabı
·
7 günde okudu
·
Okunma: 27 Ağustos 2024 00:00
Çox həyəcanlı... Oxuduqca hər şey film kimi gözümün önündə canlandı ən kiçik detallara qədər, hər şey... Bəzi cümlələrdə olacaqları təxmin edə bilirsən, sonra təxminlər həqiqətlə üst-üstə düşmür, bəzən isə ümumiyyətlə bundan sonra nə olacağı ilə bağlı heç bir fikrin olmur.
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024266 okunma
Çox darıxırdım. Təkcə evim üçün deyil, ailəm üçün deyil... Mən hər yerdə özümü axtarırdım. İçimin bir guşəsində gizlənmişdim. Darıxdığım köhnə "Mən"in içimdə bir yerdə olduğunu bildiyim halda, onu tapa bilmirdim.