"Niyə bu şəhərdə kimsə yoxdur?" yox, "Bu şəhərdə kimsə yoxdur?". Məncə biz Villinin yaşadıqlarını yaşamasaqsaqda, Visam kimi dostu(o dost bizi) tapana kimi bu şəhərdə kimsə yoxdur.
Kitab həyatı qaradan ağa çevrilməkdə olan Villi haqqındandır. Təbii ki, bu yolda ona dəstək olan, hətta onu bu yola çıxaran Visamın rolu böyük və əvəzsizdir. Əslində kitab bir çox mesaj vermək istəyir, onlardan biri və birincisi mənə görə Villi ilə Visamı müqayisə etməkdən keçir. Hər iksi kiçik yaşlarında böyük travmalar alıblar amma hər biri bunlardan sonra fərqli şəkildə dünyaya baxıblar. Kitabda da deyildiyi kimi, "Ətraf aləmin təsirinə bu cür həssas olan insan hər gün öz ruhunda nəsə əkir və nəsə düzəldir. Bəzən müsbət hisslərdən təşkil olunmuş gözəl bir bağ, bəzən də quraq və yararsız torpağı olan bir biyaban."
Kitabda mənə maraqsız gələn hissə isə dini və tarixi dialoqların çox olması idi. Ümumi olaraq, məncə hamının oxumalı olduğu kitablardandır.