Valida Shafiyeva

Valida Shafiyeva
Bu mənim istəyimdir, mənim arzumdur. Ancaq arzumu qəbul etməsəniz bunu mənim içimdən çıxara bilərsiniz. Dəyişə bilməzsiniz, başqa şeylə heyran edə bilməzsiniz.
Sayfa 49·Kitabı okudu
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Amma bilirsiniz, əgər sarayın yerində toyuq hini olsa, yağış yağanda bəlkə də islanmamaq üçün qaçıb o hində gizlənərəm, amma yenə də lap məni qoruduğu üçün minnətdarlıq hissindən olsa belə heç vaxt hini saray kimi qəbul etmərəm. Gülürsünüz, hətta bu vəziyyətdə hinlə imarətin fərqlənmədiyini deyirsiniz. Hə, - mən cavab verirəm, - əgər ancaq islanmamaq üçün yaşamaq lazım gəlsəydi, fərqlənməzdi.
Sayfa 49·Kitabı okudu
Düzdür, əvvəldə fikrimcə dərrakənin insan üçün böyük bədbəxtlik olduğunu qeyd etmişdim, amma insanın onu sevdiyini və heç bir məmnuniyyətə dəyişmək istəmədiyini bilirəm.
Sayfa 48·Kitabı okudu
Tutaq ki, insanın tək işi elə bu "iki vur iki bərabərdir dörd"ü axtarmaqdır, okeanları üzüb keçir, həyatını bu axtarışın yolunda qurban verir, amma and içirəm, həqiqətən axtarıb tapmaqdan isə hardasa qorxur. Axı onu tapandan sonra axtarmağa başqa bir şey olmayacağını hiss edir.
Sayfa 47·Kitabı okudu
Amma insan yelbeyin və eyibli məxluqdur və bəlkə də şahmat oyunçusu kimi məqsədi yox, ancaq məqsədə çatmaq prosesini seçir. Kim bilir, bəlkə də yer üzündə insanlığın can atdığı bütün məqsəd elə təkcə bu bitməyən məqsədə çatmaq prosesindən ibarətdir...
Sayfa 46·Kitabı okudu