Mənim ta uşaqlıq boyu yanlızlıqla, ruhun, qəlbin yanlızlığıyla keçən həyatım həmişə qəlbimdə bir dosta doğru meyl oyatmışdır. Elə bir yoldaş ki, o insanın ağır dəqiqələrinə dözsün. Onun bütün hislərinə, düşüncələrinə şərik olsun, onunla ayrılmaz bir varlıq təşkil etsin.