... Biz doğru istiqamətdə hərəkət etdiyimizə əmin olmalı, özümüzü davamlı olaraq başqa insanlarla müqayisə etməməli, yeni məlumatlara əsaslanaraq mövqeyimizi üç saniyədən bir dəyişməməliyik.
Dinclik və əmin-amanlıq üçün insan öz yolunu müəyyən edib həmin yolda irəliləməlidir. Aradabir düzəlişlər etməklə... Lakin bizi qayalığa çağıran sirenlərin¹ nəğməsinə məhəl qoymamaq, yoldan sapmamaq lazımdır.
¹ oxuduqları nəğmələr sayəsində dənizçiləri cəzb edib onları yeyən məxluqlar
Bu səhər nəyin sizdən asılı olduğunu və nəyin sizdən asılı olmadığını xatırlayın. Diqqətinizi ikinciyə deyil, birinciyə yönəltməyə çalışın.
Nahardan əvvəl özünüzə xatırladın ki, malik olduğunuz yeganə şey qərar vermək bacarığıdır (dərrakə və məntiqinizdən istifadə etməklə). Heç kəsin əlinizdən tamamən ala bilməyəcəyi yeganə şey budur.
Axşamtərəfi özünüzə xatırladın ki, məsələ təkcə sizin seçimlərinizdə deyil—sizin taleyiniz yalnız sizdən asılı deyil. Dünya fırlanır, biz də onunla birlikdə fırlanırıq
Axşam çox şeyin sizdən asılı olmadığını və seçimlərinizin harada başlayıb harada bitdiyini bir daha özünüzə xatırladın.
Yatanda xatırlayın ki, yuxu— təslim olma və etibar formasıdır, bunun necə asan baş verdiyini düşünün...
...sabitlik və sakitlik mühitin deyil, sizin seçimlərinizin və mühakimənizin nəticəsidir. Əgər siz dincliyi pozan hər şeydən: digər insanlardan, müxtəlif hadisələrdən, stresdən çəkinməyə çalışırsınızsa, heç vaxt uyğur əldə etməyəksiniz. Hara qaçsanız, harada gizlənsəniz, problemləriniz sizi təqib edəcək. Lakin siz bu problemlərə səbəb olan təhlükəli və ziyanlı mühakimələrdən çəkinməyə çalışsanız, nə olursa olsun, istiqrarlı və möhkəm qalacaqsınız.