Elçin Feyzullayev

Elçin Feyzullayev
@elchinfeyzullayev
Sıkı Okur
Öz dilimdə tək danışa bilən olduğumçün dediklərimi anlamaya bilərsiniz.
208 syf.
·
Puan vermedi
·
7 günde okudu
Kiraz Ağacı ile Aramızdaki Mesafe
Kiraz Ağacı ile Aramızdaki Mesafe
Kitabı bitirdikdən sonra ilk ağlıma gələn cümlə: “ uşaqlar xəstələnməsin “ Hər vaxtınız xeyir olsun, Daha bir “uşaq” kitabı və nə yaxşı ki oxudum. Əsər müəllifin öz həyatından təsirlənərək ərsəyə gətirilib. İlk öncə görmə qabiliyyətinin zəifliyi və sonda tamamilə itirilməsi ilə nəticələnən genetik “Stargardt” xəstəliyinə yoluxmuş bir uşaq düşünün.. Düşünə bilirsiz? göz görə-görə ətrafınızdakı hər şey gün keçdikcə qaralır və siz qaranlığa məhkum olursunuz..Təsirlənməmək mümkün deyil..Ələlxüsus da bütün buları bir uşağın yaşamasını biləndə.. Sadəcə hər kəsə oxunmasını tövsiyyə edirəm.
Kiraz Ağacı ile Aramızdaki Mesafe
Kiraz Ağacı ile Aramızdaki MesafePaola Peretti ·  Genç Timaş Yayınları · 202011,2bin okunma
Reklam
256 syf.
·
Puan vermedi
·
8 günde okudu
İçimdeki Müzik
İçimdeki Müzik
Hər kəsə salam, Ümumiyyətlə uşaqlarçün yazılan kitabların öncə böyüklər tərəfindən oxunmalı olduğuna hər dəfə daha çox əminlik duyuram ki, bu əsər də məni yanıltmadı. Bu ana kimi xüsusən sevdiyim uşaq kitabı “Uşaq qəlbi” olsa da, bu əsərin da mövzu və təsir mövqeyi baxımından geri qaldığını düşünmürəm. Əsər Melody adlı, fiziki məhdudiyyətli (iflic) bir uşağın iç səsindən, yaşadıqlarından bəhs edir. Melody danışa, hərəkət edə bilmir, yeməyini belə başqasının yardımı olmadan yeyə bilmir, amma… Amması elə əsərin əsas mövzusudur, Melody əslində çox zəkalı, savadlı biridir. Təsadüfən texnoloji inkişafdan yararlanaraq, kompyuterin köməkliyi ilə fikirlərini çatdırmağın mümkünlüyünü anlayır. Məktəbdə keçirilən fənn yarışında heç kimin önəmsəmədiyi halda ən yüksək nəticəni göstərir. Komandaya daxil edilir. Hətta bölgə üzrə keçirilən məktəblərarası yarışda komanda yoldaşları ilə bir yerdə qalib olur. Bu qalibiyyət onları Vaşinqtona, əsas yarışa aparacaqdı, ancaq əlverişsiz hava şəraiti buna mane olur. Sonradan məlum olanda ki, Melody-nin “komanda yoldaşları” səhər yeməyinə onu dəvət etməyib və uçuşdan xeyli əvvəl hava limanına gedərək erkən davranıblar, Melody sarsıntı keçirir. Görəsən fiziki məhdudiyyət əngəldirmi, yoxsa fiziki sağlam əqli gerilik? Hər yaş qrupunun oxunması üçün uyğundur.
İçimdeki Müzik
İçimdeki MüzikSharon M. Draper · Timaş Genç Yayınları · 202130,7bin okunma
331 syf.
·
Puan vermedi
·
11 günde okudu
Körlük
Körlük
José Saramago
José Saramago
Hər kəsə salam, Haqqında uzun müddətdi eşitdiyim və oxunacaq siyahımda olan kitablardan biri. Əsərin motivləri əsasında film belə çəkilib. Və düşünürəm ki, mütləq oxunmalı əsərlərdən hesab olunmalı. Hər şey bir nəfərin avtomobilində işıqforda dayanarkən anidən kor olması ilə başlayır. Amma bu korluq “bəyaz” korluqdur. Tədricən çox qısa zamanda hər kəsə yayılmağa başlayır, bir-birilə təmasda olan hər kəs korluğa məhkum olur. Dövlət “insanlığı” qorumaqçün kor olanları və olarla təmasda olanları karantinə alır. Və əsas hadisələr də məhz bu dönəmdə yaşayır. Sadəcə bir nəfər, bir qadın, hər nə qədər korlarla təmasda olsa da, görmə qabiliyyətini itirmir və həyat yoldaşını tərk buraxmamaq üçün “kor” oyunu oynayır və karantinə qatılır. Karantin dövründə insanların necə dəhşətli məxluqlara çevrildiyi, çörəyə görə, yaşamaq uğrunda nələrə əl ata biləcəyi çox ustaca əks olunur. Anidən korlaşma kimi əsərində sonunda sağ qalan hər kəs anidən görməyə başlayır. Əsərin sonunda isə çox gözəl fikir səslənir: “Əslində hamımız əvvəldən korduq” 20 yaş üzəri olanlara oxumağı tövsiyyə edirəm.
Körlük
KörlükJosé Saramago · Kırmızı Kedi · 2022104,6bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
128 syf.
·
Puan vermedi
·
7 günde okudu
Dinle, Küçük Adam
Dinle, Küçük Adam
Hər kəsə salam, Daha az cümlələrlə daha geniş çağırış edə bilən fikirləri hər zaman sevmişəm ki, bu kitab da onlardan sadəcə biridir. Əslində bu əsər kitab olaraq yayımlanmaq məqsədilə nəzərdə tutulmayıbmış. Daha sonradan fikirlər toplanaraq kitab olaraq ərsəyə gətirilib. Kitabın adında müraciət şəkli son səhifəyə qədər davam edir. Bu bir çağırış,oyanış kitabıdır. Qısaca və ümumən nə demək olar bu kitab haqqında? Müəllif bu əsərdəki fikirləriylə sadəcə insanları oyatmaq, gerçək üzlərini özlərinə güzgü kimi əks etdirmək məqsədi daşıyır. Oxumağı tövsiyyə edirəm.
Dinle, Küçük Adam
Dinle, Küçük AdamWilhelm Reich · Cem Yayınevi · 202113,2bin okunma
350 syf.
·
Puan vermedi
·
9 günde okudu
Sancaqlı Kölgələr və Şeytan Ulduzu
Sancaqlı Kölgələr və Şeytan Ulduzu
Hər kəsə salam, Ana dilimizdə fərqli mövzuda əsər axtarışında olanlar bu kitabı oxuya bilərlər, xüsusilə də qorxu janrını sevənlər. Kitabda illər öncə baş verən lənətin yaratdığı hadisələrdən danışılır. “Leyla Kuni” lənəti. Kitabda dost, ailə, sevgi, sədaqət və s. mövzulara toxunulub. Əslində əsər maraqlı gəldi, hiss olunurdu ki, yazıçı işinə ciddi yanaşaraq maraqlı əsər ortaya çıxara bilib. Müəyyən səhifələrdə insanı həyəcanlandırmağı bacarırdı, məncə, alqışa layiqdir. Qorxu hisslərini aşılaya bilirdi. Oxumağı tövsiyyə edərdim.
Sancaqlı Kölgələr və Şeytan Ulduzu
Sancaqlı Kölgələr və Şeytan UlduzuXan · Köhlən Nəşriyyatı · 202311 okunma
Reklam
Reklam