Elmira

Elmira
@ellymeera
𝓐𝓷𝓬𝓸𝓻𝓪 𝓘𝓶𝓹𝓪𝓻𝓸
Baku, Azerbaijan
14 August
12 reader point
Joined on August 2021
148 syf.
·
Not rated
Şərqin Məhəmməd,İsa,Konfutsi,Budda və s.kimi mistik filosoflarından fərqli olaraq, Lao Tzı dünya fəlsəfəsinə və ümumən bəşər mədəniyyətinə çox da təsir göstərə bilməyərək,lokal hadisə,fenomen çərçivəsində də qalır. Halbuki ayrıca bir fəlsəfi sistem, həyat tərzi və dinin əsasını qoymuşdu. Lao Tzı ekzistensiyanın bütün aspektlərinə aid özünəməxsus
Daosizm
DaosizmLao Tzu · Teas Press · 201738 okunma
Reklam
·
Not rated
𝔖𝔱𝔢𝔣𝔞𝔫 ℨ𝔴𝔢𝔦𝔤 -𝔏𝔢𝔱𝔱𝔢𝔯 𝔉𝔯𝔬𝔪 𝔞𝔫 𝔘𝔫𝔨𝔫𝔬𝔴𝔫 𝔚𝔬𝔪𝔞𝔫 • Həyatını bir kağız zərfə sığdıran qadının hekayəsi. Əsər boyu kimliyi belə bəlli olmayan obrazlar insanı narahat etməyə, bir şeylərin sürəkli şəkildə yanlış getdiyindən xəbər verməyə kifayət edir. -Spoiler- Həyata tutunma səbəbi platonik sevgisi idi naməlum qadının. Pulsuz, valideynsiz, hətta yeri gələndə "şərəfsiz" damğası ilə yaşamağa razı olardı, bir tək ... Bir tək ömrünü gözlərini belə qırpmadan fəda etdiyi şəxsin bir gün onun fərqinə varacağına bəslədiyi ümid idi onu yaşadan. Bəs nə üçün?! *** — Çünki insanlar arasında tənha qalmaq onun yaşamının süjet xəttinə çevrilmişdi. O da yaşadığını hiss etmək istəyirdi. Ömrünü adadığı laqeyd adama inamını əsla itirmədi, ölüm ayağında belə! Ancaq Allaha və ona olan inamından çoxdan imtina etmişdi belə. O da istəyirdi min bir möcüzələrin carçısı olan Allah onu da görsün , ancaq o qədər yalnız idi ki, Allah tərəfindən belə bir kərə olsun xatırlandığını hiss etmədi... Boz silüet və içində özü ilə bərabər torpağa gömülən ümid dağarcıqları ... Bir də bilinməyən bir qadının məktubu yanında göndərə bilmədiyi ağ qızılgülləri...
Yad Qadının Məktubu
Yad Qadının MəktubuStefan Zweig · Qanun Nəşriyyatı · 2018227.2k okunma
80 syf.
·
Not rated
Amok
Stefan Zweig -"Amok" Spoiler ola bilər ": Amok Cənub-Şərqi Asiyada və bu bölgənin mədəniyyətində bir növ"dəlilik"vəziyyətini ifadə edir. Filippində " juramentado " sözü ilə tanınır. Psixologiyada isə dərin depressiya dövründən sonra şiddətli hücumların baş verdiyi dissosiativ əhval- ruhiyyədir. *** Amoku zəhərli tiryək kimi düşünün. Elə ki, insanı həqiqi dəliyə çevirir. Nə etdiyinlə nə edəcəyin bəlli olmur, beyin tarazlığı pozulur, "ayıq" sayıqlama durumu yaşanır. *** Yaxşılıq etmək insanın ən təməl borcudur, deyilmi? Hansı ki, o, təmənnasız edilməlidir. Baş qəhrəmanımız vicdan əzabı, sonradan gələn peşmanlıq, bununla bərabər dərin heyranlıq hissi ilə çarpışan biridir. Qadın qüruruna yenik düşəcək qədər inadkarmı desəm, itaətkar üsluba alışmış qulaqların pis mənada çınlaması mı, bilmirəm. Bunu da qeyd edim ki, kitab cəmi 80 səhifədən ibarət olsa da,süjet xətti və obrazlar yetərincə müfəssəl ifadə olunub. #amok #stefanzweig
Amok
AmokStefan Zweig · Qanun Neşriyat · 2018112.9k okunma

Reader Follow Recommendations

See All
128 syf.
·
Not rated
«Siçanlar və adamlar». (Spoiler içerir). Düşünün, XX əsrin 30-cu illəri...dərin böhran vəziyyəti...qıtlıq...xaos. Hansı ki, insanların sahib olduqları tək şey xəyallarıdır. Hadisələr Soledadda baş verir, təsadüfi deyildir ki, şəhərin adı tərcümədə"Yalnızlıq" deməkdir. Əsas personajlarımızdan biri olan Lennienin soy adına da diqqət etsək(Small),zəif iradəli və olduqca sadə düşüncə tərzinə malik,insanlar tərəfindən"ağıldan kəm balaca" damğası ilə yaşayan biri olmasına işarə edilir əslində.(Bu, Nietzschenin"Ne çok gülmüşümdür keskin pençeleri olmadığı için kendini iyi sanan zayıflara"sözünü xatırlatdı mənə). John Steinbeck tam bir alleqoriya ustadıdır, hər cümləsində ecazkar metafor duyulur. *** Digər əsas obrazımız Corc Milton(yazar John Miltonun"Paradise Lost"("İtirilmiş Cənnət") şeirindən əsinlənərək Tanrı gözündə qüsurlu olan birinin əsla cənnətə qovuşa bilməyəcəyini göstərir)düşünməsi belə cənnəti yaşadan ümidlərə sahib idi.Ancaq əsərin sonunda dostu ilə bərabər ümidlərini də əbədiyyətə qərq etdi. Qıvrımsaçın qadını da əslində Adəmlə Həvvanı yolundan azdırmağa çalışan şeytan surətinin prototipi idi. ✓Kitabın adına ilham verən Robert Burnsun "Siçanlar və insanlar" şeiri olmuşdu. ✓Əsərdə həmçinin irqçilik , ayrıseçkilik və s.kimi məsələlərə də toxunulur.
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0174k okunma
·
Not rated
Albert Camus - "Yad"/ "Yabancı"
Albert Camus - "Yad" Mövzu yaşadığımız dövrdə bizə heç də yad olmayan "Yadlaşmaq duyğusu"... "ʙᴜ ɢüɴ ᴀɴᴀᴍ öʟᴅü. ʙəʟᴋə ᴅə ᴅüɴəɴ öʟüʙ, ʙiʟᴍiʀəᴍ..." Daha ilk cümlələrdən ümidsizlik dolu bir yadlıq və etinasızlıq hiss olunur...Əsərin orijinalında da bu cümləyə diqqət edək: "𝙰𝚞𝚓𝚘𝚞𝚛𝚍'𝚑𝚞𝚒 𝚖𝚊𝚖𝚊𝚗 𝚎𝚜𝚝 𝚖𝚘𝚛𝚝𝚎. 𝙾𝚞
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2011113k okunma
Reklam