Bir avropalının dilindən adından da məlum olduğu kimi İslam mədəniyyətindən bəhs edən 223 səhifəlik bir kitab. Oxuduqca həm təəccübləndirir, həm də insanda təəssüf hissləri yaradır. Kitabda bu mədəniyyətin harda və necə zirvəyə qalxdığı, harda və necə zəiflədiyini görə bilərik.
Yeni yaranmış İslam mədəniyyəti fəth etdiyi yerlərin mədəniyyəti mənimsəyib, onu inkişaf etdirib yeni nəsillərə bəxş etmişdir. Bir çox avropalı alimin kəşflərinin təməlində islam alimlərinin tədqiqatları dayanır. Hətta Daniel de Fonun məşhur Robinson Kruzo əsərinin də ibn Tüfeyl adlı bir şəxsin romanından ilhamlandığı da ehtimallar arasındadır.
Bir çox tarixi şəxsiyyətlərin adları kitabda vurğulanır, həyatlarından, kəşflərindən söhbət açılır. Bəzi yerlərdə zikr edilən çoxlu adlar yadda qalmasa da oxumağa dəyər bir kitab olduğunu düşünürəm. Kitabın tərcüməsində və hazırlanmasında əməyi keçən “Onlara de” ailəsinə də minnətdarlığımı bildirirəm...
Adi oxucu İslam mədəniyyətinin bu dərəcədə uzun olmasına təəccüb edəcək, təhsilli oxucu isə bunun qısalığı və kifayətsizliyindən şikayət edəcək, amma cəmiyyət tarixin zirvə nöqtələrində eyni zaman daxilində həm hökümət, ədəbiyyat, dil, coğrafiya və tarixdə, həm də riyaziyyat, astronomiya, kimya, fəlsəfə və tibbdə önəmli şəxslər yetişdirə bilmişdir, Bu, Harun Rəşidlə İbn Rüşd arasındakı dörd əsrdə İslam dünyasında reallaşmışdır.
“Əndəlüs heç bir dövrdə müsəlman fatehlərinin dövründə olduğundan daha bacarıqlı, daha ədalətli və gözəl idarə olunmamışdı”
Bu sətrləri yazan böyük bir xristian şərqşünasıdır. Haqlıdır da...
869-cu ildə vəfat edən Cahiz, Məsudinin fikirlərinə bənzəyən bir nəzəriyyə irəli sürmüşdü. Həyat minerallardan bitkilərə, bitkilərdən heyvanlara, heyvanlardan da insana keçirdi.
müsəlman qadını Avropadakı bəzi qadınlarla müqayisədə çox yaxşı vəziyyətdə idi. Əldə etdiyi mülkiyyət və pul tamamilə qadının özünə qalırdı. Əri də, borc sahibləri də buna toxuna bilməzdi.
Hiç kimse bize iradenin yavaş yavaş kazanıldığını öğretmedi; hiç kimse onu nasıl kazanacağımız üzerinde çalışmayı düşünmedi. Hiç kimse bizi bu mücadele için eğitmedi; hiç kimse bize yardım etmedi