Səhranın ortasındamı, yoxsa böyük şəhərdəmi, fərqi yoxdur - həmişə bir insan digərini axtarır və gözləyir. Bu iki nəfərin yolları kəsişəndə, gözləri baxışanda keçmiş də, gələcək də öz mənasını itirir, yalnız bircə o an, o dəqiqə mövcud olur və dünyadakı hər şeyin bir əllə yazıldığına inanırsan. Bu əl qəlbində məhəbbət yaradır və sənin üçün əkiz ruhu axtarır.
Çünki mən nə keçmişdə, nə də gələcəkdə yox, indi yaşayıram və məni yalnız bu an maraqlandırır. Əgər sən həmişə indidə qala bilsəydin, onda ən xoşbəxt adam olardın.
Biz hamımız əldə etdiklərimizi itirməyə qorxuruq - fərqi yoxdur, bunlar əkib-biçdiklərimiz, yaxud həyatımızın özü olsun. Amma həm öz tarixçəmizin, həm dünya tarixinin bir əldən yazıldığını anlasaq, bu qorxu keçib gedər.
İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək.